"Təsadüfən hərarətimi ölçdüm, temperaturun yüksəldiyini gördüm" - Koronavirusa yoluxub sağalmış həkim-psixiatr
06.09.2020 21:33

1 saylı Kliniki Tibbi Mərkəzin həkim-psixiatrı Aytən Namazova COVID-19 infeksiyasına yoluxan xəstələrə psixoloji yardım göstərir.

 

Aztibb.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, xəstəliklə mübarizənin ön cəbhəsində olan həkim-psixiatr bir müddət öncə özü də virusa yoluxub. A.Namazova çətin günləri belə xatırlayır:

 

“İyun ayından Kliniki Tibbi Mərkəz koronoviruslu xəstələrin müalicəsi üçün bağlandı. Bu xəstələrdə psixi pozuntulara çox rast gəlinir. Pandemiyanın ilk vaxtlarında insanlar xəstəlikdən məlumatsız olduqlarına görə, daha çox çaşqın görünürdülər. Onları daim nəzarətdə saxlayırdıq. Zahirən soyuqqanlı görünsək də, belə hallar bizə də təsir edirdi.

 

Bu müddətdə, həmkarlarım kimi, mənə də ən çox əziyyət verən məqamlardan biri ailəmdən uzaq qalmağımdır. Koronavirusla mübarizəyə başladığım ilk gündən özümü ailəmdən təcrid etmişəm, övladımı görməmişəm”.

 

Həkim bildirib ki, o, fərdi qoruyucu vasitələrdən istifadə etsə də, bu xəstəliyə yoluxub:

 

“Gərgin iş rejimində vaxtında qidalana bilmirik və fiziki cəhətdən zəifləyirik. Bir müddət öncə özümü taqətsiz hiss etdim. Təsadüfən hərarətimi ölçdüm, temperaturun yüksəldiyini gördüm. Analizin cavabı mənfi olsa da, əlamətləri hiss edirdim: halsızlıq, boğulma, boğazda yanğı... Təkrar müayinədə artıq pnevmoniya başlandığı müəyyən edildi”.


A.Namazovanın sözlərinə görə, koronavirus sinir sisteminə, maddələr mübadiləsinə təsir edir, yuxu pozuntusu və psixoloji narahatlıqlar yaradır.

 

Digər tərəfdən, həkimlər bu xəstəliyi daha ağır keçirirlər. Onlar daim xəstələrlə təmasda olurlar deyə, virus yükü daha çox olur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır