Azərbaycanda əlillik təyin olunanların sayı iki dəfə artıb
11.01.2022 11:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ötən il 62 min şəxsə əlillik dərəcələri və bununla əlaqədar sosial ödənişlər təyin olunub. 2021-ci ildə əlillik təyin olunanların sayı əvvəlki ilə nisbətən 2 dəfədən də çox olub.

 

Nazirlikdən verilən məlumata görə, bu barədə Agentliyin ötən ilki fəaliyyətinə və qarşısında duran hədəflərə həsr olunmuş iclasda qeyd edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi sahəsində obyektivliyin və şəffaflığın, ədalətli yanaşmanın təmin olunmasının daim diqqətdə saxlandığını qeyd edib. O, həmçinin Vətən müharibəsinda yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı ilə yanaşıldığını, eləcə də son illərdə yaradılmış müasir reabilitasiya infrastrukturundan istifadə edilməklə həmin hərbi qulluqçuların effektiv reabilitasiya xidmətləri ilə təminatı işlərinin aparıldığını diqqətə çatdırıb.

 

Bildirilib ki, Vətən müharibəsinda yaralanmış hərbçilərdən artıq 2515 nəfərə əlillik dərəcələri, Prezidentin aylıq təqaüdü və əlilliyə görə pensiya, yaxud əllliyə görə müavinət təyin olunub. Eyni zamanda, 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin edilib.

 

Keçən il əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37,1% çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Agentliyin reabilitasiya müəssisələrində ötən il 9325 nəfərə reabilitasiya xidmətləri göstərilib.

 

İclasda yaxın vaxtlarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə veriləcəyi qeyd edilib. Əliliyin qiymətləndirilməsi işində operativliyin və şəffaflığın artırılması, əlilliyin müəyyən edilməsində yeni meyarların tətbiqinə hazırlıq, bu sahədə praktiki təlim proqramının hazırlanması işlərindən bəhs olunub.

 

Reabilitasiya xidmətlərində tibbi modeldən biopsixososial modelə keçidin təmini, bu xidmətlərin əlçatanlığının və əhatə dairəsinin artırılması, səyyar reabilitasiya xidmətlərinin təşkili, kadr potensialının gücləndirilməsi, əlillik və reabilitasiya sahəsində rəqəmsallaşmanın geniş tətbiqi və s. istiqamətlərdə aparılan işlər müzakirə olunub.

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib