Bu gün Əməkdar həkim Fəxrəddin Cavadovun anım günüdür
09.01.2022 22:19

Yanvarın 9-u Əməkdar həkim, Mərkəzi Neftçilər Xəstəxanasının mərhum baş həkimi, tibb elmləri doktoru Fəxrəddin Cavadovun vəfatından 13 il ötür.

 

Aztibb.az xəbər verir ki, istedadlı həkim F.Cavadov 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (ATU) bitirmiş, 1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, ayrı-ayrı tibb müəssisələrində və digər qurumlarda işləmiş, 2000-ci ildən ömrünün sonunadək Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi olmuşdur.

 

F.Cavadov Qafqaz və Orta Asiyada ilk dəfə canlı insandan digərinə qaraciyər transplantasiyası əməliyyatını gerçəkləşdirməyə nail olmuşdur. Səmərəli xidmətlərinə görə “Tərəqqi” və digər medallarla təltif edilmiş, “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülmüşdür. 

 

O, 2009-cu il yanvarın 9-da 57 yaşında dünyasını dəyişmişdir.

 

Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi həkim-alim F.Cavadovun anım günü ilə əlaqədar onun məzarını ziyarət etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib