İctimai Səhiyyə və İslahatlar Mərkəzində təkmil EKQ kursu təşkil ediləcək
06.01.2022 11:00
15-16-17 fevral 2022-ci il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində təkmilelektrokardioqrafiya (EKQ) kursu keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, kursda 12 ötürmə EKQ ritmlərinin interpretasiyası təcrübəli mütəxəssislərin iştirakı ilə təqdim ediləcək. Çoxsaylı praktik vərdişlərə yiyələnmək üçün kurs real EKQ-lər üzərində aparılacaq.
 
Kursda əhatə olunacaq mövzular:
 
- Müxtəlif klinik hallarda çəkilmiş EKQ-lərin və mürəkkəb EKQ-lərin interpretasiyası;
- EKQ-də aritmiyaların dəqiq müəyyən edilməsi metodları;
- İşemiya, infarkt və digər hallarda EKQ dəyişikliklərinin təyini;
- Pediatrik ve neonatal pasiyentlərdə EKQ-lərin interpretasiyası;
- Peysmeykerli/AİCD-li xəstələrdə EKQ-nin interpretasiyası və s.
 
Kursu bitirən bütün ixtisas həkimlərinə sonda DTT kredit balı və sertifikat veriləcək. Kursda bilik və bacarıqlarını artırmaq istəyən bütün sahələr üzrə həkimlər, xüsusilə daxili xəstəliklər, ailə həkimləri və kardiologiya üzrə ixtisaslaşmış həkimlər iştirak edə bilərlər.
 
 
Əlaqə: (050) 243 86 71
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub