Maska haqqında bilmədiklərimiz - ÜST nə tövsiyə edir?
06.09.2020 12:11
Aztibb.az-ın unicef.org saytına istinadən verdiyi xəbərə görə, artıq hər kəs COVID-19-un geniş yayıldığı yerlərdə fiziki məsafə saxlamağın nə dərəcə əhəmiyyətli olduğunu bilir. Lakin bəzən izdihamlı ictimai yerlərdə ətrafdakılardan məsafəni saxlamaq mümkün olmur və  belə şəraitdə parça maskanın istifadəsi özümüzü və ətrafımızdakıları qorumaq üçün tövsiyə edilir.
 
 
Lakin yadda saxlamaq lazımdır ki, təkcə maska taxmaq COVID-19-un yayılmasının qarşısını almır. Hər birimiz fiziki məsafə saxlamağı davam etdirməli və əllərimizi tez-tez yumalıyıq. Bu addımları birlikdə ataraq koronavirus xəstəliyinə qalib gələ bilərik.
 

Əgər ailə COVID-19-un geniş yayıldığı bir ərazidə yaşayırsa, lakin onda xəstəlik simptomları yoxdursa, o zaman qeyri-tibbi maskalardan (onlara həm də parça maskalar və yaxud üz örtükləri deyilir) istifadə etmək tövsiyə olunur.

 

Pandemiya səbəbindən bütün dünyada tibbi maskalar qıtlığı var. Əgər bir insan bu virus səbəbindən ağır xəstəlik riski ilə üzləşibsə (60 yaşdan yuxarı insanlar və ya yanaşı xəstəlikləri olanlar) və yaxud xəstə birinin qayğısına qalıbsa, bu maskalardan istifadə etmək tövsiyə olunur. İnsanda COVID-19 simptomları varsa, ətrafdakıları qorumaq üçün tibbi maska geyinməlidir.

 

Parça maskalar və ya üz örtükləri müxtəlif materiallardan istehsal olunur və hər bir şəxs onu evdə düzəldə və ya mağazada satın ala bilər. Parça maskaların istifadəsi ilə bağlı tədqiqatlar davam etsə də, onların effektivliyi istifadə olunan parçanın növündən və qatların sayından asılıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu maskaların üç qatlı olmasını və qatların aşağıdakılardan ibarət olmasını tövsiyə edir:

 

  • pambıq kimi absorbent materialdan hazırlanmış daxili təbəqə;
  • polipropilen kimi qeyri-toxunma materialdan hazırlanmış orta təbəqə;
  • poliester və ya poliester qarışığı kimi qeyri-absorbent materialdan hazırlanmış xarici təbəqə.

 

Seçilən maska növündən asılı olmayaraq, o, burun, ağız və çənəni bağlamalıdır, eləcə də elastik ilmələr və ya qaytanlarla bərkidilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır