Sumqayıtda evlərə təcili yardım çağırışları zamanı 20 ölüm qeydə alınıb
05.01.2022 15:26

Bayram günlərində Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyasının çağırış mərkəzinə 1563 müraciət daxil olub. Tibbi Yardım Stansiyasının əməkdaşları hər bir müraciətə operativ və diqqətlə yanaşıblar.

 

Tibb müəssisəsinin baş həkimi İlkin Namazov bildirib ki, Tibbi Yardım Stansiyasının əməkdaşları dekabrın 31-dən yanvarın 3-dək gücləndirilmiş rejimdə çalışıblar. Bu günlərdə müraciətlərin çoxu yüksək hərarətlə əlaqədar olub. Müraciət edən vətəndaşların hər birindən COVID-19 testi götürülüb. Götürülən testlərin 10 faizi pozitiv nəticələnib və müvafiq protokola uyğun hərəkət edilib.

 

Bayram günlərində kriminal tərkibli çağırışlarda ölüm olmasa da, evlərə çağırışlar zamanı 20 ölüm qeydə alınıb.

 

Qeyd edək ki, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyası şəhər ərazisi ilə yanaşı, 13-cü mikrorayon və H.Z.Tağıyev qəsəbəsində də fəaliyyət göstərir. Stansiyada 93 həkim və 120 orta tibb işçisi əhalinin sağlamlığının keşiyindədir. İkinövbəli rejimdə işləyən stansiyada hər növbədə 18 tibbi briqada çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır