Erkən doğulmuş, vəziyyəti ağır olan körpənin müalicəsi uğurla başa çatıb - Mərkəzi Klinika
05.01.2022 17:22
26-27 həftəlik doğlmuş körpə dünyaya göz açar-açmaz ciddi problemlərlə üzləşib, vəziyyəti ağır olub. Körpənin diaqnozlarına vaxtından əvvəl doğulma, ekstremal az çəki, tənəffüs-ürək yetməzliyi, RDS, bətndaxili infeksiyalaşma, baş beyində qanama Grade (III) və s. daxil olub.
 
Mərkəzi Klinikadan Aztibb.az-a verilən məlumata görə, yenidoğulmuş sonrakı müayinə və müalicə üçün Mərkəzi Klinikaya köçürülüb, klinikanın neonatal briqadası tərəfindən Neonatal reanimasiyaya təxliyə olunub.
 
Körpəyə süni ventilyasiya cihazı ilə tənəffüs dəstəyi, ürək çatışmazlığı ilə əlaqədar inotrop dəstək, erkən neonatal sepsis səbəbi ilə uyğun antibiotikoterapiya, total parenteral qidalanma tətbiq edilib.
 
Eyni zamanda yenidoğulmuş ROP (vaxtından əvvəl doğulmuş körpələrin göz dibi müayinəsi) müayinəsindən keçib. Oftamoloq tərəfindən lazımi müdaxilələr edilib, nevroloqun, kardioloqun və uşaq cərrahlarının periodik olaraq baxışları, lazımi korreksiyalar tətbiq olunub.
 
"Körpə ilk 2 ayını Yeni Doğulmuşların Reanimasiya və İntensiv Terapiya Bölməsində keçirib, digər 2 ayını isə Pediatrik-Stasionar Bölməsində, anasının yanında nəzarətdə olub. Hazırda həyatının 5-ci ayındadır və sinir sistemi inkişafı, göz dibi və somatik vəziyyətində heç bir patologiya qeyd olunmur", - deyə Klinikadan bildirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır