4 yanvar – Beynəlxalq Brayl Əlifbası Günüdür
04.01.2022 09:00

Yanvarın 4-ü Ümumdünya Brayl Əlifbası Günüdür. Bu gün 2018-ci il dekabrın 17-də BMT Baş Məclisinin qətnaməsi ilə təsis edilib.


Aztibb.az xəbər verir ki, Brayl əlifbası görmə məhdudiyyəti olanlar və zəif görənlərin oxuyub-yazmaları üçün nəzərdə tutulub. Həmin əlifbanı ilk dəfə 1824-cü ildə Paris Milli İnstitutunun tələbəsi Lui Brayl yaradıb.

 

Çəkməçi oğlu Lui 3 yaşında atasının ayaqqabı emalatxanasında olarkən gözünə biz batıb və iltihab nəticəsində görmə qabiliyyətini itirib. O, 15 yaşında nöqtə-relyef hərflərindən ibarət əlifba yaradıb.

 

Bundan əvvəl Fransada Valentin Qayuinin yaratdığı xüsusi əlifba var idi və həmin dövrdə ondan hərbi sahədə qaranlıqda oxumaq üçün istifadə edilirdi. Lui Brayl həmin əlifbanı təkmilləşdirib hərflərə qabarıqlıq verməklə görmə məhdudiyyəti olanların oxuya bilməsi üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb. Onun yaratdığı əlifba ilk baxışda yalnız müəyyən qaydada yerləşdirilmiş nöqtələr yığımını xatırladır. Müxtəlif kombinasiyalarla yerləşdirilmiş nöqtələr əlifbanın əsasını təşkil edir. Brayl əlifbasında hərflər əvəzinə iki sütuna yerləşdirilmiş altı nöqtədən istifadə olunur. Həmin sistemdə səkkiz nöqtədən istifadə olunan qayda da mövcuddur.


Ənənəvi altınöqtəli Brayl əlifbasına 64 simvol daxil edilib. Səkkiznöqtəli əlifbada isə 256 simvoldan istifadə olunur. Onu bir və ya hər iki əlin şəhadət barmağının köməyi ilə oxuyurlar. İşarələrdən istifadə etmək və yığcamlıq görmə qabiliyyətini itirən oxucuya mətni kifayət qədər tez oxumağa imkan verir. Brayl əlifbası ilə dəqiqədə 150 söz oxumaq mümkündür və bu, normal görmə qabiliyyəti olanların oxuma tezliyinin təxminən yarısını təşkil edir.


Həmin əlifba əsasında ilk kitab 1937-ci ildə nəşr edilmiş “Fransa tarixi”dir. Həmin əlifba Fransada rəsmən 1853-cü ildə - onun yaradıcısının vərəmdən ölməsindən bir il sonra qəbul edilib. Brayl əlifbası ilə kitab buraxan bir sıra nəşriyyat var. Onlardan ən böyüyü Londonda gözdən əlil olanlar üçün Kral İnstitutudur. Həmin nəşriyyat qəzet və kitablardan başqa, imtahan sənədləri və hətta bank bildirişləri də çap edir.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Həyat yoldaşına böyrəyini bağışladı
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları