ÜST kompüter oyunlarından asılılığı rəsmən xəstəlik kimi tanıyıb
01.01.2022 10:34

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kompüter oyunlarından asılılığı rəsmən xəstəlik kimi tanıyıb.

 

Bu barədə “RİA Novosti”yə ÜST-ün psixoaktiv maddələr və asılılıq yaradan davranışlar üzrə eksperti Vladimir Poznyak bildirib.

 

İndi oyun asılılığı Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatının 11-ci yeniləməsinə daxil edilib. Bu, psixi pozğunluğun bir növü kimi tanınır.

 

"Kompüter oyunlarından asılılığının diaqnozunu yalnız təlim keçmiş tibb mütəxəssisləri qoya bilər. Ona görə də oyun pozğunluğunun diaqnostik təsvirini qohumlara və ya dostlara şamil etmək olmaz. Bu, həkimlərin müstəsna hüququdur", - o vurğulayıb.

 

Agentliyin müsahibi qeyd edib ki, bayram günlərində insanların çoxu kompüter arxasında, o cümlədən video oyunlar oynamaqla daha çox vaxt keçirir. Bununla belə, oyun fəaliyyətinin artmasının xəstəlikdən xəbər verdiyini söyləmək olmaz. Bu nəticələr mütəxəssislər tərəfindən çıxarıla bilər.

 

Xəstədə il boyu onun həyatının bir çox sahəsinə, o cümlədən ailəsinə və peşə həyatına mənfi təsir göstərən oyun pozğunluğu əlamətləri görünməlidir.

 

Bununla belə, kompüter sənayesinin nümayəndələri oyun aludəçiliyinin xəstəliklər siyahısına salınmasının əleyhinədirlər. Onlar hesab edirlər ki, oyunların “tərbiyəvi və müalicəvi” funksiyaları var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır