Kliniki Tibbi Mərkəzin əməkdaşları Vətən müharibəsi şəhidi Dmitriy Solnsevin ailəsini ziyarət edib
30.12.2021 21:47
Kliniki Tibbi Mərkəzin əməkdaşları Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə şəhid olmuş Dmitriy Solnsevin ailəsini ziyarət edib.
 
Qeyd edək ki, Dmitriy Solnsev müharibədən əvvəl Mərkəzin nəzdində fəaliyyət göstərən modul tipli xəstəxanada koronavirusla mübarizəyə könüllü qoşulanlardan olub. Milliyyətcə rus olan 25 yaşlı şəhidimiz valideynlərini erkən itirmiş və bacısı Yuliya ilə birgə yaşamışdı. 
 
Şəhidin bacısı Yuliya Solnsevlə söhbətində Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov bildirib ki, məhz Dmitriy kimi şəhidlərimizin sayəsində bütün dünya bir daha Azərbaycanın həqiqətən də çoxmillətli dövlət olduğuna əmin oldu. O, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələn bütün qəhrəmanlarımızın, eləcə də Dmitriy Solnsevin xatirəsinin xalqımızın qəlbində yaşayacağını qeyd edib.
 
Dmitrinin daima Mərkəzdə anıldığını deyən K.Ələkbərov onun koronavirusla mübarizədə yüksək fəallıq göstərdiyini bildirib. Direktor Yuliya Solnsevanın, eləcə də övladlarının hər zaman Kliniki Tibbi Mərkəzə rahatlıqla müraciət edə biləcəklərini vurğulayıb.
 
Şəhidin bacısı Yuliya Solnseva şəhidlik zirvəsinə ucalan qardaşı ilə fəxr etdiyini deyib, göstərilən diqqətə görə Mərkəzin rəhbərliyinə minnətdarlığını bildirib: “Dmitriy həm bakalavr, həm də magistratura təhsili almışdı. Hətta magistraturanı qırmızı diplomla bitirmişdi. İşləmək, insanlara kömək etmək onun əsas istəyi idi. Elə buna görə də könüllü olaraq koronavirusla mübarizəyə qoşulmaq üçün sizin Mərkəzdə işləməyə getmişdi. O, koronavirusla mübarizəyə də, müharibəyə də könüllü qoşulmuşdu".
 
Xatırladaq ki, Dmitriy Solnsev okytabrın 24-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib