Səhiyyə Nazirliyinin ilin yekunlarına həsr olunan iclası keçirilib
30.12.2021 16:45

Dekabrın 30-da Səhiyyə Nazirliyində ilin yekununa həsr edilən iclas keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsinin ölkəmizdə prioritet məsələlərdən olduğunu vurğulayıb.

 

“Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmət səviyyəsinin yüksəlməsinə imkan yaradır. 2003-cü ildən etibarən ölkəmizdə 700-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub” - o bildirib.

 

Dünya ölkələri üçün qlobal problemə çevrilən COVID-19 infeksiyası mövzusuna toxunan səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev pandemiya şəraitində respublikamızda səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atıldığını qeyd edib.

 

“Pandemiyanın ilk günlərindən Azərbaycan hökumətinin qəbul etdiyi qərarlar vəziyyəti tam nəzarətdə saxlamağa imkan verib. Prezident İlham Əliyevin beynəlxalq arenada qazandığı nüfuzu sayəsində bütün platformalarda hazırlanan vaksinlər ölkəyə gətirilib. Bunun nəticəsidir ki, bu gün ölkə vətəndaşları gücləndirici ("buster") doza ilə aktiv şəkildə peyvənd olunur” - nazir müavini bildirib.

 

T.Musayev vurğulayıb ki, Azərbaycan səhiyyəsi qlobal epidemiya ilə mübarizə günlərində özünü ən yaxşı tərəfdən göstərib.

 

“Belə ki, 2021-ci ildə elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadəsi, işğaldan azad edilmiş ərazilərdə səhiyyə ocaqlarının inşası və sair istiqamətlərdə mühüm addımlar atılıb. Eyni zamanda, cari ildə Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinə sanatoriya-kurort və müalicə-bərpa xidmətləri mütəmadi olaraq təşkil edilib. Əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur və biz bütün diqqətimizi bu problemlərin həllinə yönəltməliyik. İnanıram ki, qısa müddətdə müsbət nəticə əldə olunacaq".

 

Sonra nazirliyin şöbə müdirlərinin 2021-ci ilin yekunları ilə bağlı hesabatları dinlənilib.

 

İclasın sonunda şöbə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır