Azərbaycana gətirilən tibbi respiratorlar daha 1 il gömrük rüsumundan azad edilir
30.12.2021 13:39

Azərbaycana gətirilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar daha 1 il gömrük rüsumundan azad edilib, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalara tətbiq olunan gömrük rüsumlarının müddəti isə 1 il artırılıb.

 

Aztibb.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

 

Beləliklə, 31 dekabrı 2021-ci il tarixinədək Azərbaycana idxal edilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar gömrük rüsumundan azad edilib. Bu müddət 31 dekabr 2022-ci ilə qədər uzadılıb. Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların isə 1 ədədinə 31 dekabrı 2021-ci il tarixinədək 0,03 ABŞ dolları gömrük rüsumu tətbiq olunmalı idi. Bu müddət də 31 dekabr 2022-ci ilə qədər uzadılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib