Azərbaycanlı həkim Namanqan Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb
30.12.2021 09:55

M.Topçubaşov Elmi Cərrahiyyə Mərkəzinin kolorektal cərrahlıq şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb.

 

“Dekabrın 27-dən 29-dək Özbəkistan Səhiyyə Nazirliyi və Namanqan Dövlət Universitetinin dəvəti ilə Özbəkistanın Namanqan vilayətində keçirilən təkmil laparoskopik cərrahiyyə üzrə ustad dərslərinə rəhbərlik etdim. 200-ə yaxın cərrah və tələbələr üçün leksiyalar oxundu, üç gün ərzində zala translyasiya edilməklə və əksəriyyəti Özbəkistanda ilk dəfə olmaqla mürəkkəb laparoskopik cərrahi əməliyyatlar icra edildi, treninqlər təşkil edildi. Səfər zamanı Namanqan Dövlət Universitetinin tibb fakültəsinin müəllim heyəti və tələbələri üçün leksiya oxundu. Universitetin rektoru və Vilayətin hakiminin iştirakı ilə Namanqan Dövlət Universitetinin ilk fəxri professoru diplomuna layiq görülüb və bunu həkimlərimiz adına və Azərbaycan tibbi adına böyük fəxarət və şərəflə qəbul etdim”.

 

Aztibb.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında professor Qurbanxan Müslümov deyib.

 

Professorun sözlərinə görə, səfər çərçivəsində gələcəkdə Namanqan vilayətində çalışan həkimlərin ixtisasartırma və treninq məqsədilə Azərbaycana gəlməsi, azərbaycanlı mütəxəssislərin Özbəkistana gedib ustad dərsləri keçmələri barədə müzakirələr aparıldı. Ölkəmizin yaxın xaric ölkələr üçün tibb sahəsində nümunə seçilməsi və öyrənmək üçün özbəkistanlı həmkarlarımızın Azərbaycana gəlməsi hər birimiz üçün fəxr hissi olmaqla yanaşı, həm də ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini daha da möhkəmlədirəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır