İT bazarının həcmi koronavirusa görə necə dəyişəcək? - Foto
15.07.2020 21:28

“Gartner” tədqiqat şirkətinin analitikləri 2020-ci il üçün İT bazarı üzrə proqnoza düzəliş ediblər. Əvvəl informasiya texnologiyaları sahəsi üzrə xərclərin 8% azalması gözlənilirdisə, indi bu göstərici 7,3%-ə bərabərdir.

 

“dailycomm.ru” saytının məlumatında bildirilir ki, elektron qurğular, eləcə də kompüter və smartfonlar bazarında böyük azalma gözlənilir. 2020-ci ildə bu istiqamətdə satış həcmi 16,1% azalaraq 596,9 milyard dollar təşkil edəcək. Məlumat mərkəzi sistemləri üçün qlobal xərclər 10,3% (188,4 milyard dollar) azalacaq, İT xidmət və korporativ proqram təminatı seqmentlərində müvafiq olaraq 6,8% (969,4 milyard dollar) və 5,7%-lik (449,5 milyard dollar) azalma gözlənilir.

 

Koronavirus infeksiyası ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqca, əksər müəssisələr tezliklə adi iş vəziyyətinə geri qayıdacaqlar. Buna görə daha yüksək gəlir əldə etməyə əminliyin artacağı gözlənilir. Bu, müəssisələrə əvvəllər xərclərə qoyulmuş sərt məhdudiyyətləri azaltmağa imkan verəcək və İT direktorlar İT xərclərini bərpa edə biləcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır