5 nömrəli Kliniki Doğum Evinə yeni TƏYİNAT
29.12.2021 10:32

Son 10 il ərzində Rusiya Federasiyasında cərrah mama-ginekoloq kimi çalışmış həkim Nigar Yusifova bundan sonra fəaliyyətini Kliniki Tibbi Mərkəzdə davam etdirəcək.

 

Aztibb.az-a Mərkəzdən verilən məlumata görə, cərrah mama-ginekoloq Nigar Yusifova Kliniki Tibbi Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin cərrah mama-ginekoloqu təyin edilib.

 

Qeyd edək ki, 40 yaşlı Nigar Yusifova orta təhsilini Bakı şəhəri 5 saylı Kimya Biologiya təmayüllü liseydə alıb. O, 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsində oxuyub. 2004-2006-cı illərdə klinik ordinatura təhsilini mama-ginekoloq kimi Rusiya Federasiyasının Ural Tibb Akademiyasında davam etdirib.

 

2008-2011-ci illərdə Rusiyanın Yekaterinburq şəhərində 7 saylı Doğum Evində həkim cərrah mama-ginekoloq işləyib. 2011-2021-ci illərdə isə eyni şəhərdə yerləşən Klinik Perinatal Mərkəzdə həkim cərrah mama-ginekoloq kimi fəaliyyət göstərib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır