Yırtığın yeganə müalicəsi cərrahi yolladır
28.12.2021 13:41

Yırtıq (herni), qarın divarındakı əzələ və yaxud fasyada baş verən defekt nəticəsində qarın boşluğu toxuma və orqanlarının xaricə çıxmasıdır.

 

Ümumi cərrah Rəşad Əkbərlinin sözlərinə görə, yırtıqlar özbaşına, zədəyə bağlı olaraq və əvvəlcədən keçirilmiş əməliyyat bölgələrində olan cərrahi kəsiklər nəticəsində ortaya çıxa bilər. Ən çox rast gəlinən yırtıqlar - qarın yırtıqları, qasıq yırtığı, göbək yırtığı və cərrahi kəsik yırtığıdır.

 

- Qasıq yırtığı: ən çox yayılmış yırtıq növüdür. Qasıq bölgəsindəki əzələ zəifliyindən əksər hallarda bağırsağın və piy toxumasının dəri altı sahəyə çıxması nəticəsində baş verir.

- Epiqastrik yırtıq: qarının orta xəttində göbəkdən yuxarı inkişaf edən yırtıqlardır.

- Cərrahi kəsik yırtığı: daha öncə əməliyyat olunan kəsik yerlərində yaranan yırtıqlardır. Əməliyyatın sağalma dövründə infeksiya, piylənmə və ağciyər xəstəlikləri inkişaf edən pasiyentlərdə yırtıq daha çox olur. Qarın əməliyyatı keçirən hər 10 pasiyentdən birində rast gəlinir.

- Göbək yırtığı: göbəkdən kənara doğru uzanan yırtıqlardır. Qadınlarda daha çox doğum səbəbiylə və piylənmədə rast gəlinir. Öskürək, siqaret çəkmə, qəbizlik, piylənmə, ağırlıq qaldırma, ağır iş görmə və sidiyəçıxmada çətinliyə səbəb olan prostat böyüməsi kimi şərtlər yırtığın əmələ gəlməsini asanlaşdırır. Şişkinlik yaranan zaman ağrı hiss olunur, ağrı zamanla azalır, ancaq şişkinlik tədricən artır.

 

Yırtığın yeganə müalicəsi cərrahi yolladır. Yırtıq əməliyyatları zamanı süni (polipropilen, teflon) və ya bioloji materiallardan istifadə olunmaqla torlar qoyulur.

 

- Açıq metod: yırtığın olduğu nahiyyədə, yırtığın ölçüsündən asılı olaraq kəsik açılaraq aparılır.

- Qapalı metod: laparoskopik üsulla aparılır. Laparoskopik əməliyyat kosmetik əməliyyatdır, bir neçə aydan sonra heç bir iz qalmır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub