Ağsunun Gəgəli kənd sakinləri üçün tibbi aksiya təşkil olunub
17.07.2025 13:25

Ağsu Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Gəgəli kəndində səyyar həkim qəbulu keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, aksiyanın məqsədi ucqar kəndlərdə yaşayan sakinlərin tibbi xidmətə əlçatanlığını təmin etmək, onların sağlamlıq vəziyyətini yerində qiymətləndirmək və ehtiyac olduqda müvafiq müalicə tədbirləri görməkdir.

 

Səyyar qəbul zamanı müayinələrdə həkim-pediatr, həkim-mama-ginekoloq, həkim-kardioloq, həkim-terapevt, həkim-laborant ixtisaslı mütəxəssislərdən ibarət heyət tərəfindən kənd sakinlərinə tibbi baxış keçirilib, EKQ (elektrokardioqram) müayinələri aparılıb.

 

Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub və ehtiyacı olanlara Ağsu Rayon Mərkəzi Xəstəxanasına gəlib daha ətraflı müayinələrdən keçməsi tövsiyə olunub.

 

Ağsu RMX tərəfindən təşkil olunan səyyar həkim qəbulu digər ucqar kəndlərdə də davamlı olaraq keçirilməsi davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib