Poliplərin endoskopik yolla müalicəsi effektlidir  
24.04.2026 14:31

Mədə və bağırsaq polipləri müasir tibbdə çox zaman endoskopik üsulla, yəni cərrahi kəsik olmadan təhlükəsiz şəkildə çıxarılır. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, həkim-qastroenteroloq Fərahim Məmmədzadə bu metodun xəstələr üçün daha az travmatik və daha tez bərpa olunan bir yanaşma olduğunu qeyd edib.

   

ATU-dan Aztibb.az-a bildirilib ki, mədə və bağırsaq polipləri endoskopik yolla müayinə olunur, izlənilir və lazım gəldikdə müdaxilə edilərək çıxarılır. Poliplərin endoskopik yolla çıxarılması ümumilikdə təhlükəsiz prosedur olsa da, nadir hallarda müəyyən fəsadlar, o cümlədən qanaxma, mədə və ya bağırsaq divarında deşilmə (perforasiya) baş verə bilər.

 

20 illik təcrübəsində heç vaxt hansısa fəsadın baş vermədiyini vurğulayan həkim bildirib ki, bu sahədə nəticəyə təsir edən əsas amillərdən biri həkimin təcrübəsi, digər tərəfdən isə istifadə olunan endoskopik avadanlığın keyfiyyətidir: “Texnologiya daim yenilənir və bu da daha az riskli və daha effektiv müalicə imkanları yaradır. Hətta bəzi hallarda endoskopik üsulla mədənin kiçildilməsi kimi yeni metodlar da tətbiq edilir. Yaxın vaxtlarda TCK bu sahədə əməliyyatların aparılmasına imkan verən avadanlıqların əldə edilməsini planlaşdırır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib