“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub
07.07.2025 17:34

Tibbi məlumatların əhatə dairəsi “mygov” platformasında genişlənməyə davam edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü nəticəsində vətəndaşlar artıq bir sıra yeni tibbi məlumatlara - “Sağlamlıq haqqında tibbi arayış” və “Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış”a “mygov” platforması üzərindən baxa və rəqəmsal (PDF) formada əldə edə bilirlər. Əvvəllər yalnız “e-Tabib” mobil tətbiqi vasitəsilə və ya fiziki şəkildə əldə edilə bilən bu məlumatlara indi "mygov" veb portalı və mobil tətbiqi üzərindən təhlükəsiz və operativ şəkildə çıxış imkanı yaradılıb.

 

Bu barədə Aztibb.az TƏBİB-dən bildirilib.

 

“Sağlamlıq haqqında tibbi arayış”

 

Bu arayış vətəndaşlar tərəfindən işə qəbul, hərbi xidmət, təhsil və digər sosial proseslərdə təqdim olunmaq məqsədilə istifadə olunan rəsmi tibbi sənəddir. Artıq bu sənədə fiziki formada ehtiyac qalmadan, “mygov” platforması üzərindən elektron şəkildə baxmaq və PDF formatında yükləmək mümkündür:

 

"mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.

 

“Sağlamlıq haqqında tibbi arayış” seçilir.

 

Məlumatlarla tanış olunur.

Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış”

Sürücülük vəsiqəsi almaq və ya mövcud vəsiqəni yeniləmək üçün tələb olunan rəsmi tibbi sənəd olan bu arayışa da indi “mygov” platforması üzərindən rahatlıqla çıxış mümkündür:

 

“mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.

 

“Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış” seçilir.

 

Məlumatlarla tanış olunur.

 

Qeyd edək ki, dövlət qurumları ilə güclü əməkdaşlığın və koordinasiyanın nəticəsi olaraq həyata keçirilən bu yeniliklər vətəndaşlara zəruri məlumatlara daha rahat, mərkəzləşdirilmiş və çevik çıxış imkanı yaradır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər