“SOCAR Polymer” neft-kimya kompleksi nəzdində Təcili yardım məntəqəsi uğurla fəaliyyət göstərir
28.12.2021 11:02
Mərkəzi Gömrük Hospitalının beynəlxalq protokollara uyğun olaraq ən müasir tibbi avadanlıqla təchiz olunmuş ambulansı və yüksəkixtisaslı təcili yardım həkimləri kimya sənayesinin region üzrə lideri olan “SOCAR Polymer” şirkətinin əməkdaşlarına sutkada 24 saat təcili tibbi yardım xidməti göstərir.
Aztibb.az xəbər verir ki, Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti ilə xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa tibbi təxliyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.
“SOCAR Polymer” neft-kimya kompleksi nəzdində Mərkəzi Gömrük Hospitalının Təcili yardım məntəqəsi təkcə zavodun işçilərinə deyil, kompleksə daxil olan TIR maşınlarının sürücülərinə də tibbi xidmət göstərir. Burada həm “SOCAR Polymer” şirkətinin ərazisində tibbi çeşidləmə həyata keçirilir, həm də ilkin tibbi yardım göstərilir. Məntəqədə məsul təcili yardım həkimi Tofiq Bayramov, təcili yardım həkimləri - Kənan Tağıyev, Xəqani Muradov, Rasim Kərimov və reanimobil sürücüləri - Nəriman Abdullayev, Rəşad Əliyev və Fərhad Qubadov 24 saat ərzində növbə ilə fəaliyyət göstərirlər.
Təcili yardım məntəqəsinə hər gün 8-10 nəfər müxtəlif səbəblərlə: yuxarı tənəffüs yollarının infeksiyaları, travmalar, yanıqlar, müxtəlif yaralar, yüksək hipertenziya, baş ağrıları, qarın ağrıları və s. müraciət edir. İl ərzində bu müraciətlərin sayı 480-500 olur. Son iki ildə 1000-ə yaxın müraciət qeydə alınmışdır. Məntəqədə zəruri olan bütün avadanlıqlar, hətta ağır xəstələr üçün nəzərdə tutulmuş süni tənəffüs aparatı və narkoz vermək üçün istifadə olunan avadanlıqlar, eləcə də elektrokardioqraf (EKQ) və kardioverter-defibrillyator var.
Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin rəisi Dr.Nərgiz Kərimova bildirib ki, “SOCAR Polymer” neft-kimya kompleksi nəzdində fəaliyyət göstərən Təcili yardım məntəqəsinin bütün zəruri tibbi ləvazimatları, avadanlıqları, dərman preparatları və habelə tibbi heyətin xüsusi geyimləri Hospital tərəfindən təchiz edilir. Məntəqədə zəruri avadanlıqlarla təchiz edilmiş reanimobillər gecə-gündüz insanların xidmətindədir.
COVID-19 pandemiyası ilə əlaqədar olaraq koronavirusa yoluxmaların artmasının qarşısını almaq məqsədilə qızdırmalı və kovid əlamətləri olan xəstələr barədə müvafiq yerlərə məlumat verilir və onlar lazım gələrsə, xəstəxanalara yönəldilir. Belə xəstələri müvafiq yerlərə göndərənə qədər onlara protokollara uyğun ilkin tibbi yardım göstərilir. Məntəqədə hər xəstə qəbulundan sonra dezinfeksiya işləri aparılır.
Qeyd edək ki, SOCAR Polymer Sumqayıt Kimya-sənaye Parkının rezidenti olub, neft kimya sektorunda Azərbaycanda ilk dövlət-özəl partnyorluğu hesab edilir. Məhsulları yüksək təzyiqli qaz və su borularının, avtomobil sənayesi üçün detalların istehsalında, həmçinin, tibb avadanlıqları, elektron və elektrik cihazlarının hazırlanması zamanı istifadə olunur.
Bu bölməyə aid digər xəbərlər
Süni intellektin tibbi tədqiqatlara inteqrasiyası müzakirə olunub
25.10.2026 | 10:07
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

