TƏBİB və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşlığı çərçivəsində növbəti təlim keçirilib
27.12.2021 15:16

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşlığı, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının təşkilatçılığı ilə növbəti təlim baş tutub.


Tədbirdə TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri Emil İskenderov, Qeyri-infeksion xəstəliklərin təhlili və idarə edilməsi şöbəsinin baş mütəxəssisi Fərid Sinqatulov və tabeli tibb müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.


Təlimlər zamanı respublikada İİV infeksiyası üzrə epidemioloji vəziyyət, İİV-lə mübarizə istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun tədbirlərin həyata keçirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.


Məlumat üçün qeyd edək ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Ölkə Əlaqələndirmə Komissiyası ilə sıx əməkdaşlıq çərçivəsində tabeliyində olan (doğuşa yardım, infeksion, invaziv müalicə metodikası tətbiq edən tibb sahələri və digər) aidiyyəti tibb müəssisələrinin rəhbər və həkim heyətinin İİV-lə mübarizə sahəsində biliklərinin təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq təlimlər həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb