Erkən nikah gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər
27.12.2021 10:38

Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə E.Həbibov adına 4 saylı məktəbdə və M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha yox deyək” mövzularında maarifləndirici tədbirlər keçirilib.

 

Aztibb.az xəbər verir ki, hər iki tədbirdə çıxış edənlər narkotik vasitələrin məhvedici təsirləri barədə geniş məlumat verib. Bu maddələrin insan sağlamlığına vurduğu zərərlərdən danışanlar bildirib ki, ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsində və bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasında hüquq-mühafizə orqanları ilə yanaşı, cəmiyyətin hər bir üzvü fəallıq göstərməlidir.

 

“Erkən nikaha qətiyyətlə yox deyək” mövzusunda çıxış edən iştirakçılar isə yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini bildiriblər.

 

Görüşlərin sonunda şagirdlərə narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş etdirilib və onları maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb