ÜST rəhbəri: Dünya səhiyyəsinin daha güclü təhlükəsizlik sistemlərini qurmalıyıq
27.12.2021 09:00

“Biz dünya səhiyyəsinin daha güclü təhlükəsizlik sistemlərini qurmalıyıq”.

 

Aztibb.az tass.ru-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

 

ÜST rəhbəri deyib ki, ölkələr 2022-ci ildə pandemiya ilə mübarizə üçün idarəetmə və maliyyə mexanizmlərini gücləndirəcək qlobal saziş üzrə danışıqlara başlayacaq: “2022-ci ildə ölkələr idarəçilik və maliyyələşdirmə mexanizmlərini hazırlamaq, həmçinin, dünyada epidemiya və pandemiyaları aşkar etmək, qarşısını almaq, buna adekvat cavab vermək üçün ehtiyac duyduğu sistem və vasitələri gücləndirməyə kömək edəcək qlobal pandemiya sazişi üzrə danışıqlara başlamalıdır”.

 

T.Qebreyesus hesab edir ki, bütün ölkələr ilkin səhiyyə sisteminin gücləndirilməsinə sərmayə qoymalıdır: “Səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olmasının təməlində məhz bu sistem dayanır”.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır