Vərəm xəstəliyi ilə mübarizə üsulları müzakirə edilib
24.12.2021 17:48

Səhiyyə Nazirliyi, Azərbaycanda Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası və “Sağlamlığa xidmət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının 10 illik fəaliyyətinə həsr olunmuş konfrans keçirilib.

 

İctimai Birlikdən bildirilib ki, konfrans eşitmə məhdudiyyətli şəxslərin Azərbaycan Respublikasının Dövlət Himninin surdo formatda nümayişi ilə başlayıb. Ölkə Əlaqələndirmə Komissiyasının Katibliyinin nümayəndəsi Aytən Hüseynova Vərəm Əleyhinə QHT Koalisiyasının 2011-ci ildə Millət vəkili Soltan Məmmədov və Sağlamlığa Xidmət İctimai birliyinin sədri Elçin Muxtarlının təşəbbüsü ilə yaradıldığını və ötən dövr ərzində uğurlu fəaliyyət göstərərək cəmiyyətə töhfə verdiyini qeyd edib.

 

Konfransda Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rafail Mehdiyev, TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, Millət vəkili və Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva, Elmi-Tədqiqat və Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova və QİÇS- lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov çıxışlarında koalisiyasının ötən müddət ərzində fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının sədri, “Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı koalisiyanın fəaliyyəti və gördüyü işlər haqqında təqdimatla çıxış edib.

 

Konfransda Vərəm Əleyhinə QHT Koalisiyasının gördüyü işlər və həyata keçirdiyi tibbi və sosialyönümlü layihələr barədə məlumatlar verilərək "Koalisiyanın 10 ildə keçdiyi yol" adlı film nümayiş olunub.

 

Konfransda Elmi-Tədqiqat və Ağciyər Xəstəlikləri İnstitutu ilə və “Sağlamlığa Xidmət” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb, həmçinin Azərbaycana ilk dəfə olaraq həmin ictimai birliyin təşəbbüsü ilə gətirilən yapon istehsalı olan Fujifilm FDR X-air portativ rentgen aparatının nümayişi olunub.

 

Konfransın 2-ci hissəsi Ölkə Əlaqələndirmə Komissiyasının Katibliyinin nümayəndəsi Pərvanə Vəliyevanın moderatorluğu ilə davam edib.

 

Koalisiyanın üzvləri “Sağlamlığa Xidmət” İctimai Birliyinin layihə koordinatoru Samirə Muxtarova, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin layihə koordinatoru Sona Hacıyeva, “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin sədri Zəminə Səfərova, “İnkişafa Doğru Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ziba Nəbiyeva, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova və “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova təmsil etdikləri təşkilatın fəaliyyətləri haqqında təqdimatla çıxış ediblər.

 

Konfransın sonunda vərəm sahəsində xidmətlərinə görə töhfəsi olan şəxslərə təşəkkürnamələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır