Böyrəyini itirmək təhlükəsi ilə üz-üzə olan körpənin həyatı xilas edildi  - Mərkəzi Klinika
24.12.2021 17:54
"Dünyaya yeni göz açan körpə böyrəyini itirmək təhlükəsi ilə üz-üzə idi. Valideynləri doğulacaq qızlarının böyrəyinin itirilməsinə gətirib çıxaracaq qədər ciddi problem olduğunu hələ hamiləliyin 5-ci ayından  bilirdilər. Körpə doğulan kimi bizə müraciət etdilər".
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.
 
Cərrahın sözlərinə görə, böyrəkdə o qədər ciddi genişlənmə mövcud idi ki, qarın boşluğu və çanağa qədər uzanırdı. Genişlənmənin səbəbi böyrək ləyənin sidik axarına keçən hissəsində keçidin olmaması idi (Üreteropelvik darlıq). Bu vəziyyətin davam etməsi böyrəyi itirməklə nəticələnə bilərdi:
 
"Körpə qız uşağının böyrəyini xilas etmək şansı olduğunu düşündüyümüz üçün cərrahi əməliyyat qərarı verdik. Əməliyyat zamanı qarın boşluğunu və çanağı dolduran böyükölçülü böyrək ləyəni ilə qarşılaşdıq, sidiyin axmasına mane olan dar hissə çıxarılaraq sidik axarı böyrək ləyəninə tikildi (Pyeloplastika). Əməliyyat uğurlu keçdi, sidiyin rahat axması təmin edildi. Hazırda yenidoğulmuş 3 aylıqdır və böyrəkləri normal işləyir. O, bütün risklərdən uzaq böyüməyə davam edir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır