Uzman uroloq IV Beynəlxalq Uroonkologiya Simpoziumunda çıxış edib
23.12.2021 13:25
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda hibrid formatda keçirilən IV Beynəlxalq uroonkologiya simpoziumunda “İnvaziv kisəsi xərçənginə yanaşma” mövzusunda çıxış edib.
 
IV Beynəlxalq Uroonkologiya simpoziumunda Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya və Fransadan olan mütəxəssislər uroonkoloji xəstəliklərlə bağlı təqdimatlarla çıxış ediblər.
 
Aztibb.az-ın daha öncə xəbər verdiyi kimi, tədbirdə onkologiyanın aktual problemləri, müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.
 
Simpoziumda “Yuxarı sidik yolları xərçənginin müalicəsinə müasir yanaşma”, “MRT-nin prostat vəzi xərçənginin diaqnostikasında rolu”, “PSA və MRİ-fusion biopsiyası”, “Yüksək risk qrup xəstələrində radikal prostatektomiya”, “Oliqometastatik prostat vəzi xərçəngi”, “Metastatik prostat vəzi xərçəngində molekulyar diaqnostika və 177Lu/225Ac-PSMA ilə target müalicə”, “Laporoskopik radikal nefrektomiya: Böyrək şişlər üçün qızıl standart”, “Genetik markerlərin böyrək xərçəngində proqnostik əhəmiyyəti”, “Sidik kisəsinin xərçəngönü xəstəlikləri”, “İnsidental adrenal törəmələrə yanaşma” və “Laporoskopik adrenalektomiya: Biz bunu necə edirik?” mövzularında məruzələr dinlənilib.
 
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, simpoziumun əhəmiyyəti yüksək qiymətləndirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır