Erkin Rəhimov: Uşaqlarda ən pik xəstələnmə göstəricisi onların bağça yaşı dövründə qeydə alınır
23.12.2021 11:13

Məktəblər və bağçalarda ünsiyyət mühitinin genişlənməsi ilə əlaqədar olaraq uşaqlar arasında müxtəlif virus xəstəlikləri artıb. Nəzərə almaq lazımdır ki, xəstə uşaq ətrafındakıları da qısa vaxtda yoluxduraraq virusun geniş yayılmasına səbəb olur. Belə infeksiyaların əlamətləri əsasən qızdırma, öskürək, burun axıntısı, halsızlıq və iştahasızlıqdır. Simptomlar eyni olsa da, əslində, uşaqlar fərqli virus infeksiyalara yoluxurlar. Təbii ki, uşaqlar yeni növ koronavirus (COVID-19) infeksiyasına da yoluxa bilərlər, amma indi geniş yayılmış mövsümi xəstəliklərin COVID-19-la əlaqəsi yoxdur.

 

Aztibb.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Erkin Rəhimov nazirliyin "Instagram" hesabındakı canlı yayımda çıxışı zamanı deyib.

 

Həkim-mütəxəssis bildirib ki, COVID-19 pandemiyası dövründə bəzi valideynlər övladlarına müxtəlif xəstəliklər əleyhinə istifadə olunan peyvəndləri vurdurmaqdan ehtiyat edirlər: “Hətta vurdurulması vacib olan peyvəndlər belə gecikdirilir. Ona görə də uşaqları bir sıra xəstəliklərə yoluxma ehtimalı artır. Valideynlərə səslənirəm ki, bütün peyvəndləri vaxtında vurdursunlar. Xüsusilə də qrip virusuna qarşı peyvənd mütləq vurdurulmalıdır. Həmin peyvəndi uşağın 6-cı ayından sonra vurdurmaq tövsiyə olunur. İlk 6 ayda körpələrdə xəstələnmə halı mütəmadi müşahidə olunmur, çünki həmin müddətdə anadan körpəyə cift yolu ilə keçən qoruyuculuq olur. Lakin 6-cı aydan başlayaraq qoruyucu funksiyalar azalır. Uşağın 6 ay-2 yaş dövründə ünsiyyət artır və xəstələnmə nisbətən daha çox baş verir. Həmin yaş dövründə uşağın ay ərzində iki dəfə xəstələnməsi normaldır. Uşaqlarda ən pik xəstələnmə göstəricisi isə onların bağça yaşı dövründə, yəni, 2-5 yaşlarında qeydə alınır. Belə olan halda, xəstələnmə tezliyinin səbəbini araşdırmaq lazımdır. Onu da qeyd edim ki, 6 yaşdan yuxarı uşaqlarda xəstələnmə tezliyi aşağı düşür”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır