Mədəkiçiltmə əməliyyatı piylənmə və şəkərli diabetə qalib gəldi - FOTO
23.12.2021 11:31
"Bu xəstəlik təkcə tibbi deyil, həm də çox böyük iqtisadi, sosial və psixoloji bir problemdir".
Piylənmə bu gün əsrimizin bəlası kimi bütün dünyanı narahat edən, həyat keyfiyyətini aşağı salan, ömrün 12-14 il qısalmasına səbəb olan bir xəstəlikdir. Aztibb.az xəbər verir ki, dünyada və ölkəmizdə piylənmənin vəziyyəti ilə bağlı ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi-bariatrik cərrahı, II Cərrahi xəstəliklər kafedrasının assistenti, t.ü.f.d. Elçin Abdinov bəzi məqamlara aydınlıq gətirib.
Məlumat üçün bildirək ki, E.Abdinov ölkəmizdə ilk bariatrik cərrahi əməliyyatların icrasını həyata keçirən və piylənmənin kompleks müalicəsini aparan mütəxəssislərdəndir: “Günümüzdə piylənmə müalicə oluna bilən bir xəstəlikdir. Bu xəstəlik təkcə tibbi deyil, həm də çox böyük iqtisadi, sosial və psixoloji bir problemdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi statistik məlumata görə, piylənmənin ən çox yayıldığı ölkələrin başında 38,2%-lə ABŞ durur. Sonra Meksika 32,4%, Yeni Zellandiya 30,7%, Bolqarıstan 30%, Avstraliya 27,9% gəlir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda da piylənmə ilə bağlı vəziyyət ürəkaçan deyil. Əhali arasında bu xəstəlik çox sürətlə artmaqdadır. ÜST həyəcan təbili çalaraq bildirir ki, əgər bu templə davam edərsə, yaxın onillikdə dünya əhalisinin yarıdan çoxu piylənmədən əziyyət çəkəcək.
Bu xəstəliyin müalicəsində hazırda tibbə məlum olan bütün konservativ müalicə üsullarının effektivliyi 97-98% hallarda uğursuz olur. 2-3% halda əldə olunan nəticələr isə çox qısamüddətlidir. Bu baxımdan da belə tip insanları yorucu və üzücü konservativ müalicə üsullarına yönəltmək yanlışdır, eyni zamanda sağlamlıq, vaxt, maliyyə itkisindən başqa bir şey deyil. Hazırda bütün dünya piylənmənin qənaətbəxş, üzünmüddətli effektiv müalicə üsulu kimi bariatrik cərrahi əməliyyatları qəbul edir. Bu gün fəxrlə deyə bilərəm ki, ölkəmizdə də bariatrik cərrahiyyə tibbin yeni istiqaməti olmasına baxmayaraq, sürətlə inkişaf etməkdədir. 10 ilə yaxın bir müddətdə qazandığımız nailiyyətlər qabaqcıl ölkələrin 25-30 ilə əldə etdiyi nəticələrə bərabər tutula bilər”.
E.Abdinov əməliyyat üçün xəstəxana və həkim seçiminin necə olması, eləcə də bu bəladan əziyyət çəkənlərin sadəcə bir əməliyyatla qurtularaq daha keyfiyyətli bir həyat qazanmaq şansından da danışıb:
“Bu gün insanlar əməliyyat üçün xəstəxana axtaranda hotelçilik xidməti olanlara üstünlük verirlər. Əlbəttə, bu önəmli bir amildir. Lakin sağlamlıq mövzusunun hotelçilik xidmətlərindən də vacib olan şərtləri var. Xəstəxananın imkanları, peşəkar həkim və klinik şəraiti, texniki və elmi səviyyənin yüksək olması, xəstəxananın problemi aradan qaldıra bilmək imkanı, xidmət və qulluğun vəziyyəti - bütün bunlar bizim klinikamızda ən müasir formada, dünya standartlarına uyğun təşkil olunub".
Bu problemdən əziyyət çəkən həmkar əməkdaşlara da tibbi yardım etdiklərini söyləyən həkim deyir ki, klinikamızda tibb bacısı işləyən 39 yaşlı bir pasiyentimiz artıq çəki səbəbindən çətin günlər yaşayırdı:
“O, xanım bizə güvəndi və “mədəkiçiltmə” əməliyyatı ilə 120 kilodan 72 kiloya düşdü. Bu günlərdə tərəfimizdən əməliyyat olunan klinikamızın tibb bacısı indi sağlamlığına qovuşmağın sevincini yaşayır. İki övlad anası olan həmin pasiyentimiz 1 il əvvəl artıq çəki üzündən həm psixoloji, həm də orqanizmin metabolizmi baxımından olduqca sıxıntılı bir vəziyyətdə idi. Əvvəllər endokrinoloqan müalicə alan bu xəstədə son dövrlər həm də II tip şəkərli diabet xəstəliyi də ağırlaşmışdı. Konservativ üsullardan istifadə edərək göstərdiyi bütün mübarizələrə baxmayaraq arıqlamağı bacara bilməyəyən həmin tibb bacısı ən sonda çarəni bu üsulda tapdı”.
E.Abdinov əlavə edib ki, “mədəkiçiltmə” əməliyyatı ilə bağlı onlara müraciət edənlər çoxdur və bariatrik əməliyyat olunan minlərlə xəstədə müsbət nəticələr var. Müraciət edənlərin “mədəkiçiltmə” əməliyyatına uyğun gəlib-gəlməməsi haqda sualımıza cavab olaraq, cərrah bildirib ki, əgər pasiyentin göstəriciləri uyğundursa, başqa problem yoxdur.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

