Mərkəzi Gömrük Hospitalının əməkdaşları “Xəstələrə qulluq” təlimində iştirak ediblər
22.12.2021 15:07
Mərkəzi Gömrük Hospitalının orta tibb işçiləri İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzində “Xəstələrə qulluq” təlimində iştirak ediblər. Təlim Tədris Simulyasiya Mərkəzinin treneri Yaqut Qarayeva, Aynur Abbasəliyeva və Bbraun şirkətinin Rusiya filialından xüsusi dəvət olunmuş nümayəndəsi Mixayıl Korotski tərəfindən aparılıb.
Təlimdə baş tibb bacısı Əliyeva Amaliya, tibb bacıları Məmmədova Aytən, Rəcəbova Tamilla, Sahverdiyev Vüsal, Əfsərova Səadət, Ağalarova Aysel, Həsənzadə Cahan, Belyaninova Qalina, Əliyeva Gülbəniz və Mirzəliyeva Lamiyə iştirak ediblər. Təlimçi Yaqut Qarayeva iştirakçılara tibb personalının əllərinin tibbi işlənməsi, dezinfeksiya və gigiyena qaydaları, ağır xəstələrin daşınması, xəstənin yataq dəstinin dəyişdirilməsi, ağır xəstələrin qidalanması, yataq dəstlərinin işlənməsi və profilaktikası qaydalarını ətraflı izah edib.
Həmçinin xəstənin yataq dəstinin dəyişdirilməsi ilə bağlı videoçarx izlənilib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının tibb qardaşı Sahverdiyev Vüsal və tibb bacısı Məmmədova Aytən izah olunmuş qaydalara əsasən əl gigiyenası qaydalarını və xəstənin yataq dəstinin dəyişdirilməsini praktiki olaraq yerinə yetiriblər.
Bbraun şirkətinin Rusiya filialından xüsusi dəvət olunmuş nümayəndəsi Mixayıl Korotski “Uzun müddət sağalmayan yaralar” mövzusunda təqdimatla çıxış edib.
O, yaraların kəskin və xroniki növləri, sağalmamasının səbəblərini, yaraların sağalmasına mane olan faktorlar və müalicə üsullarını ətraflı izah edib. Trener bildirib ki, yaş amili, immun sisteminin zəif olması, yanaşı və ya infeksion xəstəliklərin olması, təkrar travma və digər amillər yaranın uzun müddət sağalmamasına təsir edir.
Təlimin ikinci hissəsində trener Aynur Abbasəliyeva orta tibb işçilərinə tənəffüs sistemi xəstəlikləri olan xəstələrə qulluq qaydaları, tənəffüs gimnastikası, döş qəfəsinin masajı, traxeobronxial ağacın sanasiyası, inhalyatorların istifadəsi, oksigenoterapiya və traxeostomaya qulluq qaydaları barədə ətraflı məlumat verib.Təlim iştirakçıları izah olunmuş qaydalarla bağlı praktiki vərdişləri yerinə yetiriblər.
Bu bölməyə aid digər xəbərlər
Süni intellektin tibbi tədqiqatlara inteqrasiyası müzakirə olunub
25.10.2026 | 10:07
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

