Tibbi Xidmət İdarəsinin nümayəndələri sorğu nəticələrinə həsr edilmiş vebinarda iştirak ediblər
22.12.2021 10:10
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d. dosent İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova  “Azərbaycanda əhali arasında keçirilən COVİD-19-la bağlı davranışların qiymətləndirilməsi üzrə sorğunun nəticələri”nə həsr edilmiş vebinarda iştirak ediblər.
 
Aztibb.az xəbər verir ki, vebinar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələri çərçivəsində təşkil olunub. 
 
 
Sorğu ÜST, İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Azərbaycan üzrə 1031 nəfər respondent arasında keçirilib. Sorğunun məqsədi əhali arasında COVID-19 virus infeksiyası və vaksinasiya prosesi ilə bağlı risk, davranış və digər faktorların monitorinqini aparmaq və onlar arasında əlaqələri qiymətləndirmək olub.
 
Həmçinin, təqdimatda COVID-19 pandemiyası kontekstində Azərbaycanda əsas tibbi xidmətlərin davamlılığı üzrə sorğunun nəticələri də müzakirə olunub. Vebinarda ÜST-nin mütəxəssisləri Marta Şerzer və Ardita Tahirukaj sorğunun nəticələrini elan edib. Sorğu sübuta əsaslanan məlumatlar əsasında pandemiya ilə mübarizə tədbirlərini mövcud qaydalara uyğunlaşdırmağa kömək edəcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır