Agentlik Texniki dəstək şöbəsinə vakant yer elan edir
21.12.2021 17:03

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinə mütəxəssis/ baş mütəxəssis vakansiyasını elan edir.

 

Aztibb.az xəbər verir ki, agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

 

Agentlik nə təklif edir?:

 

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

 

Görəcəyi işlər: 

 

  • “Service Desk” proqramına gələn sorğuların icrası;
  • İstifadəçilərin kompüterlərinə əməliyyat sistemlərin və lazımı proqramların yazılması;
  • IT ilə bağlı yaranan problemlərin həllində dərhal texniki dəstəyin göstərilməsi;
  • Printerlərin və ümumi şəbəkə qovluqların (share folder) kompüterlərə əlavə edilməsi və nəzarətin aparılması;
  • IT xidmətlərini təmin edən sistemlərin inzibatçılığı və texniki dəstək işlərin aparılması.

 

Agentlik üçün uyğun namizəd:

 

  • Ali təhsil (texniki sahədə təhsil arzu olunandır);
  • Helpdesk (texniki dəstək) üzrə minimum 1 il iş təcrübəsi;
  • Microsoft Windows əməliyyat sistemləri üzrə biliklər;
  • Şəbəkə üzrə ilkin biliklər;
  • Domain controller üzrə ilkin biliklər;
  • Microsoft Office üzrə ilkin biliklər;
  • Service Desk, JİRA sistemləri ilə iş təcrübəsi (arzu olunandır);
  • Problemlərin həll edilməsində operativlik və dəqiqlik bacarığı.

 

Əlavə məlumatlar:

 

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Zərifə Əliyeva küç. 93.

 

Müraciət qaydası:

 

  • Vakansiyaya son müraciət tarixi: 21.01.2022-ci il;
  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikasından asılı olmayaraq bütün müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir.

 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib