Araz İbrahimov Kliniki Tibbi Mərkəzin Urologiya şöbəsinin müdiri təyin olunub
21.12.2021 14:59

Uzun müddət ölkəmizin özəl klinikalarında çalışan, urologiya sahəsi üzrə Azərbaycanın sayılıb-seçilən həkimlərindən olan Araz İbrahimov bundan sonra Kliniki Tibbi Mərkəzin Urologiya şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirəcək. 

 

Qeyd edək ki, 33 yaşlı A.İbrahimov Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsinin məzunudur. O, həkim-uroloq kimi 2011-2013-cü illərdə Respublika Klinik Xəstəxanasında, 2013-2016-cı illərdə ATU-nun Tədris Cərrahiyə Klinikasında, 2016-2018-ci illərdə "Avrasiya Hospital"da, 2018-2019-cu illərdə Bakı Sağlamlıq Mərkəzində, 2019-2021-ci illərdə N.Tusi adına Klinikada, 2020-2021-ci illərdə isə "Medistyle Hospital"da çalışıb. Bir çox elmi konfrans və kursların aktiv iştirakçısı olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır