Uşaqların ilkin sosiallaşma mərhələsi ev şəraitində baş verir – Uşaq psixoloqu
21.12.2021 10:22

Uşaqların sosiallaşması, bağçaya getməsi üçün 1 yaş 8 aylıq və ya 2 yaşlı olması normal hesab edilir. Lakin daha erkən dönəmdə uşağın nitqi varsa, qavraması və özünü ifadə etməsi yaxşıdırsa uşaqların sosiallaşması üçün tədbirlər görülə bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə  “Ondan öyrənirik” adlı layihənin “Uşaqların sosiallaşması və inkişafı” mövzusuna həsr olunmuş növbəti buraxılışında Sağlam Nitq Psixoloji Mərkəzinin uşaq psixoloqu Mehriban Mürşüdlü bildirib. 

 

Həkim qeyd edib ki, uşaqların ilkin sosiallaşma mərhələsi ev şəraitində baş verir. Uşağın ana və ata, daha sonra nənə, baba, bibi, dayı və s. ilə ünsiyyət qurması artıq onun sosiallaşması deməkdir.

 

“Valideynlər uşağı bir otaqda qoyub digər otağa keçdikdə uşaq ağlamağa başlayırsa bu, onun sosiallaşmaqda çətinliyi olduğunu göstərir, - deyə bildirən M.Mürşüdlü bu problem aradan qaldırmağın yollarından bəhs edib.

 

Onun sözlərinə görə, uşağı sosiallaşmağa təşviq etmək üçün ilkin növbədə, onu yaxın qohumlar, məsələn nənə və ya baba ilə bir neçə dəqiqəlik bir otaqda qoyaraq çıxmaq lazımdır. Uşaq həmin insanla qalmağa öyrəşdikdə eyni prosesi başqa insanla təkrarlamaq lazımdır.

 

Qeyd edək ki, “Ondan öyrənirik” adlı layihənin sponsoru və  informasiya dəstəkçisi Aztibb.az saytıdır.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?