Yaponiyada klinikada baş verən yanğında ölənlərin sayı 25-ə çatıb
21.12.2021 09:08

Yaponiyanın Osaka şəhərində inzibati binanın 4-cü mərtəbəsində yerləşən klinikada baş verən yanğında ölənlərin sayı 25 nəfərə çatıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

 

Ağır vəziyyətdə olan gənc qadın bazar ertəsi gecə dünyasını dəyişib.

 

Qeyd edək ki, sözügedən yanğın dekabrın 17-də baş verib. Həmin gün 24 nəfərin öldüyü bildirilirdi.

 

Yanğın törətməkdə şübhəli bilinən 60 yaşlı kişi də daxil olmaqla xəsarət alan daha üç nəfər xəstəxanaya yerləşdirilib.

 

Klinikada xəstə olan bir şəxs liftin və giriş qapısının yanında torbalara benzin tökərək alışqanla yandırıb və bununla da klinikanın yeganə çıxışı bağlanıb.

 

İstintaq zamanı həmin şəxsin evindən iki il əvvəl “Kyoto Animation” animasiya şirkətinin studiyasında baş vermiş yanğınla bağlı qəzetdə dərc edilmiş xəbərdən kəsiklər tapılıb. Bu yanğın zamanı 36 nəfər ölmüşdü. Polis hesab edir ki, kişi həmin cinayəti təkrarlamaq qərarına gəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib