Agentlik sədri şəhid polkovnik-leytenant Ruslan Tağıyevin ailəsini ziyarət edib
21.12.2021 09:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsinin şəhidi Ruslan Tağıyevin ailəsini ziyarət edib, şəhidin uşaqları – Fuad, Nuray və Poladla görüşüb.

 

Laçın rayonunun azad edilməsi uğrunda döyüşlərdə şəhid olan polkovnik-leytenant Ruslan Tağıyev Prezident İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda",  "İgidliyə görə",  "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Görüş zamanı A.Bayramov Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızdan olan Ruslan Tağıyevin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb. O, Bakının Binəqədi rayonunda yaşayan şəhid ailəsinin qayğları ilə maraqlanıb.

 

Ailəyə birdəfəlik sığorta ödənişi verilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə üzvlərinə (həyat yoldaşı və 3 övladı) Prezidentin aylıq təqaüdü və ailə başçısını itirməyə görə pensiya təyin olunub. Yaxın vaxtlarda Nazirlik ailəni mənzillə də təmin edəcək.

 

Ailənin sosial vəziyyətinin bundan sonra da diqqətdə saxlanacağı qeyd edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib