Həkim: "Ən ağır mənzərə xəstəxanalara şəhidlərimizin valideynlərinin gəlməsi idi" - “Zəfər həkimlərimiz” rubrikası
20.12.2021 17:01
Kliniki Tibbi Mərkəzin yeni təqdim etdiyi layihə olan “Zəfər həkimlərimiz” rubrikasının qəhrəmanları 44 günlük Vətən müharibəsində hərbiçilərimiz qədər vuruşan, gecə-gündüz savaşan həkimlərdir.
 
Aztibb.az xəbər verir ki, Mərkəzin heyətindən 10-dan çox həkim müharibə dövründə öz istəyi ilə cəbhə bölgəsinə yollanıb. Onlar düşmən məğlub olana qədər savaşıb, yaralara məlhəm qoyub və ən nəhayət neçə-neçə əsgəri həyata qaytarıblar.
 
Mərkəzin “Zəfər həkimlərimiz” rubrikasının ilk qonağı Kliniki Tibbi Mərkəzin müharibənin başlaması xəbərinə sevinən həkimi, üz-çənə cərrahı Rəşad Məmmədzadədir
 
“Müharibə xoş bir şey olmasa da, qələbənin bizim olmasını, torpaqların qayıtmasını istəyirdim. Daha sonra əlimdən gələni etmək üçün könüllü müraciət etdim. İlk olaraq oktyabrın 10-dan 17-nə qədər Yevlax Mərkəzi Xəstəxanasına, daha sonra Füzuli Diaqnostika Mərkəzinə ezam olundum”, - deyə həkim bildirib. 
 
Rəşad həkim müharibə günlərini belə xatırlayır:
 
“Ən ağır mənzərə xəstəxanalara şəhidlərimizin valideynlərinin gəlməsi idi. Onlar övladlarını tanımaq, axtarmaq üçün bura gəlirdilər. Elə valideynlər olurdu ki, heç kimi pis olmağa qoymurdular və deyirdilər ki, oğulları ilə fəxr edirlər. Həmin anları ömür boyu unuda bilmərəm.
Bir də Şuşa alınan gün yadımdadır. Hamımız həm sevinib, həm kədərlənirdik. Pis olurduq ki, şəhidlərimiz oldu. Sevinirdik ki, onların qanları batmadı və torpaqlarımızı azad edə bildik".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır