“Təlimçilərin təlimi” layihəsi çərçivəsində ATU-da təlimlər keçirilir
19.12.2021 12:52
Artıq 2 həftədir ki, Ümumdünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Təlimçilərin təlimi” layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) təlimlər keçirilir.
Aztibb.az xəbər verir ki, dekabrın 18-də baş tutan təlimlərdə “COVID -19 xəstələrinin stasionarda idarə olunması”, “BLS-Təməl həyat dəstəyi”, “COVID-19 vaksinasiyası” və digər mövzular əhatə olunub. Poliklinika şəraiti yaradılmış otaqlarda tələbələrin iştirakı ilə mulyajlar üzərində tibbi prosedurlar icra edilib. Eyni zamanda yaşam dəstəyi və vaksinasiya prosesi ilə bağlı məlumatlar verilib.
Təlimlərin gedişini izləyən ATU-nun Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, dosent Samir Cavadov 2020-ci ildə universitetdə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarının dəyişdirildiyini bildirib. Onun sözlərinə görə, bu dəyişikliklər ölkə başçısının 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir: “Proqramlarımız bir çox qabaqcıl xarici universitetlərin, o cümlədən Türkiyə universitetlərinin proqramlarına uyğunlaşdırılmışdır. İndiyədək bizdə tədris olunmayan fənlər proqrama daxil edilib. Bu fənlərdən biri də klinik bacarıqlar fənnidir ki, onun tədrisi üçün müəllimlərin özlərinin təlim keçməsinə ehtiyac yaranmışdır. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin dəstəyi ilə ATU-da da “Təlimçilərin təlimi” layihəsi həyata keçirilməyə başladı”.
S.Cavadov qeyd edib ki, əsas hədəflərdən biri də başlanan prosesin davamlılığına nail olmaq idi: “Tibb sahəsi nəinki gündəlik, hətta hər saat yenilənən, dəyişən bir sahədir. Bu dəyişikliyə uyğunlaşmaq üçün yeniliklərin vaxtında müəllimlərə çatdırılmasına zərurət vardı. Buna görə də ATU-nun rektoru, professor Gəray Gəraybəylinin tövsiyəsi və elmi şuranın qərarı ilə təlim mərkəzi yaradılıb. Məqsəd tələbələrə praktik vərdişləri aşılamaq, klinik fənlərə keçid etdikdə onların asanlıqla xəstələrin müayinəsinə cəlb edilməsinə nail olmaqdır”.
Təlim mərkəzində həm də müəllimlərin pedaqoji yönümdən öz peşəkarlıqlarını artırdığını vurğulayan S.Cavadov, bu məqsədlə təlimçilərin hazırlandığını deyib: “Türkiyədən dəvət olunmuş tibb təhsili üzrə mütəxəssislərin köməyi ilə bir qrup müəllimlərdən ibarət təlimçilər hazırlanır ki, bir müddət sonra onlar da digər kafedralar üzrə müəllimlərə təlim verərək prosesi irəli aparacaqlar”.
Bu təlimlərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Tibb təhsili kafedrasının müdiri, professor Xalil İbrahim Durak başda olmaqla, qardaş ölkənin müxtəlif universitetlərindən gələn müəllimlər də yaxından iştirak ediblər.
Təlimlərə qatılan Hacettepe Universitetinin Tibb fakültəsinin Tibb təhsili kafedrasının professoru, Dr.Sevgi Turan, Ege Universitetinin Tibb fakültəsinin Tibb təhsili kafedrasının dosenti, Dr.Nilufer Demiral Yılmaz, On Dokuz Mayıs Universitetinin Tibb fakültəsinin Tibb təhsili kafedrasının dosenti, Dr.Özlem Mıdık, Dokuz Eylül Universitetinin Hemşirelik fakültəsinin Cərrahi xəstəliklər kafedrasının dosenti, Dr.Fatma Vural fənlərin tədrisi, klinik bacarığın öyrədilməsi, ölçmə-dəyərləndirmə və s. məsələləri şərh edərək, bu sahədə çalışan müəllimlərə işlərini qurmaları üçün dəyərli məsləhətlər veriblər.
Təlimlərdən ATU-nun yuxarı kurs tələbələri də faydalanıblar.
Qeyd edək ki, təlim zamanı video çəkilişlər aparılır və bir gün sonra təlimçilərin tədrisi necə aparması, çatışmazlıqlar və üstünlüklər müzakirə olunur.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

