Ucqar rayonlarda tikilmiş tibb müəssisələri tibbi xidmətin təşkilində vacib rol oynayır
17.12.2021 18:09
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məsul şəxsləri ilə Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndəliyi arasında “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı" proqramı çərçivəsində icra olunacaq layihələrin gələcək istiqamətlərinin müzakirəsi məqsədilə görüş keçirilib.
Görüşdə İTS-in Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayev, Səfirin 2-ci katibi, səfirliyin iqtisadi şöbəsinin əməkdaşı Satoşi Morri, “ “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” üzrə konsultat Takuma Haşimoto və hər iki tərəfin məsul əməkdaşları iştirak edib.
Giriş sözü ilə çıxış edən Araz Nəsirov “Ot kökləri və insan təhlükəsizliyi” layihəsi çərçivəsində ucqar rayonlarda tikilmiş tibb müəssisələrinin tibbi xidmətin təşkilində vacib rol oynadığını bildirib. O, ölkəmizdə tətbiq olunan icbari tibbi sığortanın əhəmiyyətindən bəhs edərək gələcəkdə bu istiqamətdə həyata keçiriləcək əməkdaşlığın önəmindən danışıb. A.Nəsirov hazırda işğaldan azad edilmiş torpaqlarımızda abadlıq - quruculuq işlərinin aparıldığını və həmin ərazilərdə vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsinin, eləcə də texniki bazanın yaxşılaşdırmasının prioritet istiqamətlərdən olduğunu vurğulayıb.
Sonra çıxış edən Ruslan Abdullayev TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılması, xəstəxanalarda istifadə olunan tibbi ləvazimatların keyfiyyətinin yaxşılaşdırılması üçün Yaponiya səhiyyə sistemi ilə təcrübə mübadilələrinin aparılması istiqamətində əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib.
Daha sonra çıxış edən Satoşi Morri Yaponiya hökuməti tərəfindən bu günədək Azərbaycanda 88-i səhiyyə yönümlü olmaqla, 268 layihənin həyata keçirildiyini bildirib. O, bundan sonra gerçəkləşəcək layihələrin İTS və TƏBİB-lə koordinasiyalı şəkildə aparılmasına önəm verildiyini qeyd edib.
Tədbir gələcəkdə görüləcək işlərin müzakirəsi ilə davam etdirilib.
Bu bölməyə aid digər xəbərlər
Süni intellektin tibbi tədqiqatlara inteqrasiyası müzakirə olunub
25.10.2026 | 10:07
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

