"Bu hadisə uşağa böyük psixoloji təsir göstərib" - Səhiyyə Nazirliyindən AÇIQLAMA
17.12.2021 16:11

“Son zamanlar oğlan uşaqları arasında saçların uzadılması, yaxud hansısa formaya salınması, qızların saçlarını boyaması hallarını müşahidə edirik. Sosial şəbəkədə də belə məlumat yayılmışdı ki, müəllim sinfə xaricdən yeni gələn oğlanı saçının uzunluğuna görə qız kimi təqdim edib. Bu hadisə uşağa böyük psixoloji təsir göstərib, uşağın valideyni bu barədə yazmışdı”.

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova bildirib.

 

Onun sözlərinə görə, məktəb həmin müəllimə töhmət verib: “Amma düşünürəm ki, neçə illik pedaqoji təcrübəsi olan müəllim zarafatla olsa belə, bunu deməməlidir. 11 yaşlı bu uşaq ölkəyə yeni gəlib. Uşağın oğlan geyimində olmasına baxmayaraq, saçının uzunluğuna görə qız kimi təqdim olunması müəllim tərəfindən yolverilməz addımdır. Müəllim həmin uşaq üçün sinifdə qeyri-sağlam ab-hava yaradıb. Ona töhmət verilsə də, uşağın həmin sinifdə gələcək taleyinin necə olacağı, sinfin onu necə qəbul edəcəyi sual yaradır. Belə hallar yolverilməzdir”.

 

Qeyd edək ki, paytaxtdakı 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıq ilə bağlı məktəbdən valideyn ilə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib. Daha sonra məktəb rəhbərliyi tərəfindən qeyd olunan müəllimə töhmət verilib. Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideyn ilə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib