Azərbaycanda İLK: RDM-də xəstəyə oyanıq beyin əməliyyatı icra edilib
18.12.2021 10:39
Respublika Diaqnostika Mərkəzində (RDM) xəstəyə oyanıq beyin əməliyyatı icra edilib.
 
Aztibb.az xəbər verir ki, 18 yaşlı xanım xəstədə danışıq mərkəzinə və motor korteksinə yaxın yerləşmiş törəmə aşkar olunub və xəstənin üzərində RDM-in neyrocərrahı, uzman Röyal Mehtiyev tərəfindən oyanıq beyin əməliyyatı icra edilib.
 
Əməliyyat müddətində xəstə oyanıq şəkildə həkimlərin suallarını cavablandırıb.
 
Xəstənin ətraflarının hərəkəti və danışığının müşahidə altında saxlanılması, beyinin həyati funksiyalarına zərər yetirmədən törəmənin maksimum şəkildə xaric edilməsinə kömək edir. Bu əməliyyat həm cərrah, həm anestezioloqun peşəkarlığı, həm də keyfiyyətli texnologiya tələb edir. Lakin maddi cəhətdən digər beyin əməliyyatlardan fərqlənmir. Avropa, ABŞ kimi inkişaf etmiş ölkələrdə geniş yayılmış əməliyyat növü olsa da, Azərbaycanda uğurla icra edilən ilk əməliyyat hesab edilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır