Türkiyənin Dəmirörən Holdinqi Azərbaycanda dərman zavodu açacaq
17.12.2021 08:49

Türkiyənin Demirörən Holdinqi "Azərlotereya"dan sonra Azərbaycana növbəti dəfə investisiya qoyub.


Aztibb.az-ın məlumatına görə, Türkiyə şirkəti bu dəfə ölkəmizdə dərman istehsalı müəssisəsi quracaq. Bununla bağlı artıq razılaşma əldə olunub. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Demirörən Holdinqin İdarə heyətinin sədri Yıldırım Demirören və Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcının iştirakı ilə saziş imzalanıb.


Mikayıl Cabbarov bununla dərman bazarında yerli istehsala önəmli bir qapı açılacağını bildirib.

 

Demirören Holdinqin rəhbəri isə bildirib ki, investisiya iki mərhələdə olacaq. İlk mərhələni 3 il ərzində başa çatdırılması nəzərdə tutulur. Sonra ikinci mərhələyə başlayacağıq. Müəssisə 500 nəfərə iş imkanı yaradacaq.

 

Türkiyənin Azərbaycandakı səfiri də investisiyanın önəminə diqqət çəkib. Bildirib ki, iki ölkə bütün sahələrdə əməkdaşlıq edir.

 

"Bu günə qədər Türkiyənin iqtisadi əlaqələrdə əsasən tikinti sektoru ilə tanınırdısa, indi səhiyyə, turizm, sənaye və dərman sektoruna da investisiya qoyulur. Azərbaycana qoyulan sərmayə təkcə Azərbaycan üçün deyil, eyni zamanda MDB ölkələrinə də açılma imkanı verir" - deyə, səfir bildirib.


Qeyd olunur ki, yekun razılaşmanın 3 ay ərzində imzalanması və müəssisənin təməlinin yaxın aylarda atılacağı gözlənilir.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?