“Kardioloji dəstək” adlı işçi qrupu yaradılıb - FOTO
16.12.2021 15:48

Dekabrın 14-də akad. C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) "Respublikamızın bölgələrində kardioloji xidmətin vəziyyəti" mövzusunda toplantı keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbiri giriş sözü ilə institutun direktoru, t.e.d. Gülnaz Dadaşova açaraq tədbirin əhəmiyyətindən danışıb.

 

Tədbirdə ETKİ-nin elmi işlər üzrə direktor müavini, t.e.d. Rəfael Daşdəmirov respublikamızın bölgələrində kardioloji xidmətin vəziyyəti barədə məlumat verib.

 

Daha sonra Ege hospitalının Kardiologiya şöbəsinin müdiri, həkim-invaziv kardioloq, t.ü.f.d. Ülvi Mirzəyev "Stent for life Azərbaycan" mövzusunda təqdimatla çıxış edib.

 

Toplantıda ETKİ-nin əməkdaşları ilə yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri, t.e.d Hikmət İbrahimli, millət vəkili Rəşad Mahmudov, "Baku Medical Plaza" klinikasının Kardiologiya şöbəsinin müdiri, həkim-invaziv kardioloq, t.ü.f.d. Üzeyir Rəhimov, Bakı Sağlamlıq Mərkəzi Ürək Mərkəzinin müdiri, həkim-kardioloq, dos. Fərid Əliyev, Mərkəzi Klinikanın həkim-invaziv kardioloqu, tibb üzrə fəlsəfə doktoru, dos. Firdovsi İbrahimov da  iştirak ediblər.

 

 

 

Mövzu ətrafında geniş müzakirə aparılıb. Respublikamızın bölgələrində kardioloji xidmətin vəziyyətinin yaxşılaşdırılması məqsədilə “Kardioloji dəstək” adlı işçi qrupu yaradılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır