"Yeni Klinika"nın sabiq direktoru 8 il 6 ay azadlıqdan məhrum edilib
16.12.2021 15:50

Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika” Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Vüsalə Əliyeva son sözünü deyib. V.Əliyeva bildirib ki, iki övlad anasıdır və hazırda hamilədir. "Həyat yoldaşım təqaüdçüdür. Bu işlə bağlı Əvəz Hüseynov və Qalib Nəcəfov hər xəstəyə görə mənə faiz veriləcəyini dedi. Mən də imkanım olmadığı üçün buna razı oldum. Özümü qismən təqsirli bilirəm. Etdiyim əmələ görə məhkəmədən bir daha üzr istəyirəm. Xahiş edirəm, himayəmdə iki azyaşlı övladımın olmasını nəzərə alasınız", - deyə təqsirləndirilən şəxs bildirib.

 

Daha sonra prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə sabiq direktor Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum edilib.

 

Hökmə əsasən təqsirləndirilən Vüsalə Əliyevaya şərti cəza verilib, digər təqdirləndirilənlərin hər biri 8 il azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Vüsalə Əliyevanın isə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.

 

Həbs edilən şəxslərdən Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və "Viola" MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsində çalışıb. Samir Mirzəyev isə işsiz olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib