Düzgün ayaqqabı seçimi necə olmalıdır? - Mərkəzi Gömrük Hospitalının travmatoloqu açıqladı
16.12.2021 14:22

Bəzən insanlar adətən ayaqqabı seçimini onun xarici görünüşünə görə edirlər. Belə hallarda ayaqabının rahat olmasına az diqqət olunur.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, travmatoloq Ramin Rzayev və dermatoloq Sevinc Kərimova ayaqqabı seçərkən diqqət edilməli məqamlar barədə “ATV”-yə müsahibə veriblər. Ayaqqabı rahat olmadıqda pəncədə barmaqlara gedən sinirlərdə kəskin ağrılara səbəb olan Morton nevrinomaları yarana bilər. Bəs ayaqqabı seçərkən nələrə diqqət etmək lazımdır? Ayaqların tərləməsi hansı xəstəliklərə səbəb olur?

 

Ayaqqabı seçimin edərkən – ayaqqabı ilk nöbədə pəncənin ölçüsünə uyğun olmalı, xüsusilə burun hissəsi dar olarsa belə barmaqları sıxışdırmamalı, ayaqqabı çox hündür dabanlı və dabansız olmamalır. Yaxşı olar ki, ayaqqabı ortopedik - nəmi dəridən çəkə bilən və iç tərliyi pəncəaltına uyğun olmalıır. Əks halda aşağıda qeyd olunan arzuolunmaz nəticələrə gətirib çıxara bilər:

 

-Pəncələrdə xroniki ağrılara səbəb olur;

-Pəncəaltında, barmaqlarda döyənəklər və xroniki halda pəncədə xüsusən də barmaqlarda deformasiyaların yarana bilər;

-Bəzən pəncədə barmaqlara gedən sinirlərdə kəskin ağrılara səbəb olan Morton nevrinomaları yarana bilir ki, bu da xəstələrin həyat tərzinə oluqca mənfi təsir edir.

 

Ayaqqabı seçimində onların xarici görünüşü ilə yanaşı daha çox keyfiyyətli materialdan olmasına, rahat və komfortlu olmasına daha çox diqqət etmək lazımdır. Bununla bağlı Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, travmatoloq Ramin Rzayev və dermatoloq Sevinc Kərimovanın ayaqqabı seçərkən diqqət edilməli məqamlar barədə “ATV”-yə müsahibəsini aşağıdakı linkdən izləyə bilərsiniz. 

 

https://www.youtube.com/watch?v=vHkBk1hBldY

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub