ATU-nun "Qonaq professoru" Türkiyənin nüfuzlu mükafatına layiq görülüb
16.12.2021 11:23
Türkiyə Prezidentinin himayəsində təşkil və təqdim olunan TÜBA – Beynəlxalq Akademiya Mükafatı (TÜBA-GEBİP – Görkəmli Gənc Alim və TÜBA-TESEP – Elmi Müəllif Hüququ İşi) növbəti sahiblərini tapıb. Mükafatlar 28 dekabr 2021-ci il tarixində Türkiyə prezidentinin iqamətgahında keçiriləcək TÜBA-TÜBİTAK Elm Mükafatları Mərasimində prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunacaq.
Aztibb.az-ın xəbərinə görə, TÜBA prezidenti prof. dr. Muzaffer Şeker bununla bağlı bildirib ki, sözügedən mükafatlar elm adamlarını həvəsləndirmək üçün akademiya tərəfindən ənənəvi olaraq təqdim edilir. Onun sözlərinə görə, qiymətləndirmə elmi mühakimə proseslərindən tutmuş, elmi etika prinsipləri və fəaliyyət meyarlarına qədər bir çox mərhələləri əhatə edən araşdırma nəticəsində yekunlaşıb. M.Şeker, həmçinin “Əczaçılıq sahəsində elmi tədqiqat, layihə və araşdırmalar“ı ilə fərqlənən gənc alimlərə verilən “Ahmet və Nezahat Keleşoğlu TÜBA-GEBİP Əczaçılıq Xüsusi Mükafatı”nın da Akademiya Şurasının qərarı ilə mükafat siyahısına daxil edildiyini bildirib.
Elmlə məşğul olmağın bir həyat tərzi olduğunu, Türkiyədə və ya dünyanın istənilən yerində aparılan elmi işlərin insanlığın ortaq dəyəri anlamını daşıdığını qeyd edən professor M.Şeker təbrik mesajında deyib: “Dünyamızın və bəşəriyyətin gələcəyi üçün vaxtını və səylərini sərf edən, hətta sağlamlığı bahasına olsa da elm yolunda fədakarlıq göstərən hər bir elm adamının zəhmətini mükafata layiq görür, onlara təşəkkürümü bildirir və bütün mükafat sahiblərini təbrik edirəm”.
TÜBA Beynəlxalq Akademiya Mükafatları Akademiyanın medalından və təxminən 30.000 ABŞ dollarından ibarətdir. Mükafat tədqiqatlarında “orijinallığı, qabaqcıllığı və novatorluğu” ilə seçilən elm adamlarına təqdim olunur.
Akademik Şura tərəfindən yerli və xarici hakim rəyləri ilə Sağlamlıq və Həyat Elmləri kateqoriyasında mükafata layiq görülən elm adamları sırasında Azərbaycan Tibb Universitetinin "Qonaq professoru" Məsud Aşina (Kopenhagen Universiteti) da var.
Prof. dr. M.Aşina miqren baş ağrısını təşviq edən siqnal mexanizmlərini aşkar edən, xəstələr üzərində aparılan tədqiqatlarla yeni molekulları təsvir edən, miqreni başladan neyrovaskulyar mexanizmləri aydınlaşdıran və PACAP-38 neyropeptidinin klinik əhəmiyyətini və terapevtik potensialını vurğulayan tədqiqatlarına görə mükafatlandırılıb.
M.Aşina yüksək dəyərə görə təşkilatçılara minnətdarlığını bildirib: "Bu mükafat uzun illərin əməyinə, elmi fəaliyyətimizə verilmiş yüksək qiymətdir. Ən böyük arzum elmi çalışmalarımız nəticəsində miqren xəstələrinin həyatını yüngülləşdirəcək, onları sağlamlıqlarına qovuşduracaq çarənin tezliklə tapılmasıdır”.
Məlumat üçün bildirək ki, prof. dr. Məsud Aşina 1965-ci ildə Azərbaycanda anadan olub. 1988-ci ildə ATU-nu bitirib. 2003-cü ildə Kopenhagen Universitetində nevroloq ixtisasına yiyələnib və doktorluq dissertasiyasını müdafiə edib. Baş ağrısı sahəsinin ən tanınmış mütəxəssislərindən biri olan Jes Olesenin rəhbərliyi altında təhsilini tamamlayaraq universitetdə qalıb və akademik həyatını uğurla davam etdirib. Danimarka Baş Ağrısı Dərnəyinin prezidenti, Avropa Baş Ağrısı Federasiyasının baş katibi və 2019-2021-ci illərdə Beynəlxalq Baş Ağrısı Assosiasiyasının prezidenti olub. Hazırda İnsan Miqren Araşdırmaları Mərkəzinin direktoru vəzifəsində çalışır.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığı çərçivəsində dünyanın nüfuzlu və və yüksək impakt faktorlu elmi jurnallarında Məsud Aşinanın çoxsaylı məqalələri dərc olunub.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

