Ombudsman Aparatı Moskvada azərbaycanlı həkimə hücum edən erməni ilə bağlı məlumat yayıb
15.12.2021 22:34

Bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, 2021-ci ilin 13 dekabr tarixində Murad Oqanesyan adlı şəxs Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində fəaliyyət göstərən özəl klinikalardan birinə daxil olaraq həkim Camal Odilovu qətlə yetirmək məqsədilə ona bıçaqla xəsarətlər yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan erməni əsilli M.Oqanesyan dindirilmə zamanı müstəntiqə cinayət əməlini törətmə səbəbindən danışarkən Camal Odilovun məhz azərbaycanlı olduğunu düşündüyü üçün öldürmək istədiyini bildirib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Ombudsman Aparatının yaydığı məlumatda deyilir.

 

"Təəssüflər olsun ki, uzun illər ərzində Ermənistanda azərbaycanlılara qarşı yürüdülən nifrət siyasətinin nəticəsi olaraq erməni cəmiyyətində azərbaycanlılara və digər millətlərə qarşı dözümsüzlük mühiti yaradılmış, nifrət zəminində cinayətlərin törədilməsi təşviq olunmuşdur və hazırda da davam etməkdədir.

 

Ombudsman olaraq Ermənistanın yürütmüş olduğu nifrət siyasəti nəticəsində azərbaycanlılara qarşı törədilən cinayətləri qəti şəkildə pisləyir, Ermənistan rəhbərliyini millətlər arasında düşmənçiliyi qızışdıran, regionda sülhü və insan hüquqlarını təhdid edən hərəkətlərin təşviqindən çəkinməyə çağırırıq", - deyə məlumatda qeyd edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır