Bu xidmət yalnız İcbari Tibbi Sığorta Agentliyinin razılığı əsasında göstərilə bilər
15.12.2021 16:12

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə, vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 27 tibb müəssisəsi ilə müqaviləsi var və bu sayla bağlı olan siyahı mütəmadi olaraq yenilənir.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə təcili tibbi yardım yalnız agentliyin razılığı ilə icbari tibbi sığorta vəsaiti hesabına göstərilə bilər.

 

Bunun üçün özəl tibb müəssisəsi tərəfindən müvafiq xidmətin göstərilməsi üçün (pasiyent xəstəxanada tibbi xidmət aldığı dövr ərzində) agentliyə elektron sorğu göndərilməlidir. Agentlik sorğu daxil olduqdan sonra tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını, dövlət tibb müəssisəsində tibbi xidmətin göstərilməsinin mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsini qarşılayır və ya sığorta ödənişindən imtina edir.

 

Son günlərdə sosial şəbəkələrdə dekabrın 12-də “Kəskin Kalkulyoz Xolesistit. Yerli Peritonit” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına daxil olmuş və üzərində cərrahi əməliyyat aparılmış vətəndaşla bağlı məlumat paylaşılıb. Cərrahi əməliyyatı icra etmiş həkim tərəfindən bildirilib ki, xidmət icbari tibbi sığorta çərçivəsində qarşılanmayıb. Lakin agentliyə daxil olan xəstəlik sənədlərinə əsasən, məlum olub ki, öd kisəsində mümkün olan destruktiv dəyişikliyi nəzərə alsaq, xəstə üzərində laparoskopik əməliyyat deyil, təcili laparotomiya əməliyyatının aparılması məqsədəuyğundur. Yəni aparılan fiziki müayinələr xəstənin öd kisəsində destruktiv dəyişiklikləri olmasını inkar edir. Xəstə dekabrın 13-də ultrasəs və laborator müayinələrdən keçib və bu müayinələrin nəticəsi də xəstəliyin kəskin prosesini təsdiqləmir. Beləliklə, qeyd olunanları nəzərə alaraq əməliyyatın təcili qaydada deyil, planlı əsasla aparılmasına qərar verilib.

 

Məlumata əsasən, həmin əməliyyatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibb Mərkəzdə, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Sabunçu Tibb Mərkəzində aparılması mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır