Almaniyada professor adını qazanmış İLK azərbaycanlı - Pərvanə Hacıyeva
15.12.2021 14:58
Gənc alim Pərvanə Hacıyeva Almaniyada professor elmi adını qazanmış ilk azərbaycanlıdır.
Almaniyanın Mayns Universitetinin tibb üzrə professoru olan P. Hacıyeva 1973-cü il avqustun 11-də Gürcüstanın Marneuli şəhərində anadan olub.
O, 2016-cı ildə Mayns Tibb Universitetində biokimya sahəsi üzrə hazırladığı dissertasiya işini müdafiə edib və biokimya üzrə “venia legendi” elmi adını alıb. Həmin il bu universitetin professoru elmi adını qazandıqdan sonra Tibb fakültəsində hüceyrənin adaptasiya və metobalizmi üzrə elmi tədqiqat qrupunu yaradıb. Həmçinin univeristetin tədris prosesinə də cəlb olunub. Bu gün də burada “Müalicə işi” fənni üzrə mühazirələr oxuyur, biologiya, kimya, əczazlıq və müalicə işi üzrə elmi-praktiki işlərə rəhbərlik edir.
P.Hacıyeva 2009-cu ildən Mayns Universitetində müalicə işi və stomotologiya ixtisaslıarı üzrə buraxılış imtahan komissiyasının üzvüdür. Onun əsas elmi sahəsi tibbi biologiyadır. Mitoxondriyalarda elekrton nəql sistemi, mitoxondriya xəstəlikləri (altseymer, parkinson və s.) sahələrində tədqiqatlar aparır. Gən alimin elmi fəaliyyəti əsasən “Selülar adaptasiya və metabolizm” mövzusuna yönəlib.
Almaniyada alimin məşğul olduğu sahələr və elmi problemlər üzrə onlarla elmi məqalə çap olunub. Bundan başqa, “Journal of Alzheimer’s Disease” elmi nəşrinin redaksiya heyətinə daxildir. Bu jurnalın baş redaktorunun müavini və elmi qrupunun rəhbəridir. “Journal of Neurochemistry”, “European Journal of Biochemistry”, “Journal of Neuroscience”, “Free Radicals in Biology and Medicine”, “Neurobiology of Aging”, “Journal of Psychiatry”, “Molecules”, “Journal of Visualized Experiments” və “Neuroscience” kimi elmi nəşrlərdə rəyçi kimi fəaliyyət göstərir.
Almaniya Mitoxondrial Xəstəliklər Birliyinin (mitoNET) mütəxəssilər qrupunun və Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin (GBM) üzvüdür.
P.Hacıyeva Almaniyada elm sahəsində işləyən həmvətənlərimiz arasında professor elmi adına layiq görülmüş ilk azərbaycanlıdır. İngilis, alman, italyan və rus dillərini mükəmməl bilir.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

