"Kraniofaringomadan sonra yaranan panhipopitiutarizm" mövzusunda seminar keçirilib
15.12.2021 14:46
ATU-nun Tədris Terapevtik Klinikasında "Kraniofaringomadan sonra yaranan panhipopitiutarizm" mövzusunda seminar keçirilib.
 
Aztibb.az xəbər verir ki, bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Kraniofaringomadan sonra yaranan panhipopitiutarizm” mövzusunda seminar keçirilib.
 
Seminarda çıxış edən klinikanın Endokrinologiya şöbəsinin həkim-rezidenti Lalə Güləliyeva xəstəlik və müasir müalicə metodları haqqında ətraflı məlumat verib. Bildirib ki, kraniofaringoma hipofiz vəzinin ratke kisəsi qalıqlarından yaranan nadir rast gəlinən törəməsidir:
 
"Rastgəlmə tezliyi ildə 1-2/1 milyondur. Daha çox 5-15 və 50 yaşlarında rast gəlinir. Uşaqlarda rast gəlinən beyin törəmələrinin 9%, böyüklərdə 1%-i təşkil edir".
 
Onun sözlərinə görə, hipofiz hormonlarının sintezinin azalmasına bağlı olaraq uşaqlarda özünü daha çox boy inkişafının geri qalması ilə göstərir. Yetkin yaşlı şəxslərdə halsızlıq, yorğunluq, dəri quruluğu, soyuğa dözümsüzlük, qəbizlik, impotensiya, libidonun azalması, qadınlarda amenoreya (aybaşının olmaması) və s. kimi müxtəlif əlamətlər verə bilər.
 
"Törəmənin etdiyi təzyiqə bağlı olaraq baş ağrıları, ürəkbulanma, qusma, görmə sinirinə etdiyi təzyiqə bağlı olaraq isə görmənin pozulması kimi əlamətlər yarana bilər", - deyə o, bildirib.
 
Sonda klinikanın digər həkim-rezidentlərilə birgə mövu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb