Rusiyadan Azərbaycana təxliyə olunan 33 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb - TƏBİB
04.09.2020 15:43

Yeni növ koronavirus pandemiyası səbəbindən xarici ölkələrdə, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə qalmış vətəndaşlarımızın vətənə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Aztibb.az-a verilən məlumata görə, Quru sərhədi ilə Azərbaycana qayıtmaq məqsədilə çoxlu sayda vətəndaşlarımız Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə gəlir. Həftəlik əsasda Rusiya Federasiyasının rəsmi orqanları ilə razılaşdırılmış qaydada və xüsusi plana uyğun olaraq vətəndaşlarımızın Samur sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə keçidi həyata keçirilir.

 

Sərhədi keçən bütün vətəndaşlardan TƏBİB tərəfindən koronavirus testi üçün nümunə götürülür və karantin məntəqələrinə yerləşdirilirlər.

 

Təəssüflə qeyd olunmalıdır ki, avqustun sonuncu həftəsində Rusiyadan quru sərhədi ilə Azərbaycana təxliyə olunmuş vətəndaşlarımızdan götürülmüş testlər nəticəsində 33 nəfərdə COVID-19 infeksiyası aşkar olunub. Əvvəlki aylarda həyata keçirilmiş təxliyələr zamanı testləri pozitiv çıxmış vətəndaşlarımızın sayı cüzi olsa da, qeyd edilən həftədə kəskin artım müşahidə olunmuşdur. Bu, istər Rusiyanın müxtəlif bölgələrindən Dağıstana gələn, istərsə də orada toplanma məntəqələrində təxliyə gözləyən bəzi vətəndaşlarımızın sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydalarına riayət etməməsinin nəticəsində baş verir.

 

TƏBİB bir daha xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq arzusunda olan vətəndaşlarımızı olduqları ölkənin sanitar-epidemioloji qaydalarına ciddi şəkildə riayət etməyə çağırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır